13.06.2017 [10:57] - Türk dünyası-Turan, Mədəniyyət
Bakıda "Özbəkistan-Azərbaycan poeziyası: əbədi dostluq əlaqələri" ("Ўзбекистон - Озарбайжон шеърияти: боқий дўстлик ришталари) adlı antologiya nəşr olunub.
Bu barədə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Saodat Muhammedova məlumat verib. O qeyd edib ki, kitab Daşkənddə hazırlanaraq Bakıda çap edilib. Kitabın ərsəyə gəlməsində şair Süleyman Abdullanın da böyük əməyi keçib.
Kitab iki hissədən ibarətdir: "Özbək tərcüməçilərinin Azərbaycan poeziyası nümunələrindən tərcüməsi" və "Azərbaycan tərcüməçilərinin Özbək poeziyası nümunələrindən tərcüməsi".
Birinci hissəyə Azərbaycanın Nizami Gəncəvi, Əliağa Vahid, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Əhməd Cəmil, Elçin İskəndərzadə, Sabir Rüstəmxanlı və başqalarının şeirlərinin tərcüməsi daxildir. Bundan başqa, Azərbaycanın publisist-şairlərinin də şeirləri özbək türkcəsində kitabda yer alır. Bunlardan Elçin Mirzəbəyli, Yasin Xəlil, Xəyal Rza, Səxavət Talıblı, Dayandur Sevgin, Nizami Zöhrabi, Şəfiqə Şəfa, Kəmalə Umudova, Naibə Yusuflu, Heydər Oğuz, Süleyman Abdulla və başqa müəlliflərin şeirləri S.Muhammedova, D.Haydarova, S.Kasbi, Ş.Ortikovanın tərcüməsində təqdim olunur.
Kitabın ikinci hissəsində isə Şahməmməd Dağlaroğlunun tərcüməsində Əmirqulu Kərimov və Nizami Zöhrabinin tərcüməsində Zebo Mirzəyevanın və Azadə Turakulavanın şeirləri verilib.
Kitabın tərtibatçıları Saodat Muhammedova və ötən il dünyasını dəyişmiş mərhum Nizami Zöhrabidir. Kitab iki dildə çap olunub

Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |