14.10.2011 [18:16] - Gündəm
İranda azərbaycanlı fəalların həbsi davam edir
Yaşar Həkkəkpur: «Son aylarda etirazlarda həbs olunanların sayı 4 min nəfərə yaxındır»
Ötən ayın sonunda Iranda Xoy şəhərində, tanınmış milli fəal Ibrahim Cəfərzadənin və onun ailə üzvlərinin yas mərasimində həbs olunmuş 26 yaşlı Şirzad Hacılunun harda saxlandığı məlum deyil. Qardaşı Abbas Hacılu bildirir ki, o, dünənə qədər zindanda idi, dünəndən aparıblar ETTELAAT-a, heç özləri də bilmirlər: “Bu günə qədər ona qarşı işgəncə olmasını eşitməmişik, ancaq bundan sonra necə olacaq, bunu bilmirik. Heç ona qarşı hansı ittihamın irəli sürüldüyü də məlum deyil”.
Qardaşının sözlərinə görə, Şirzad Hacilu kompüter təhsili alırdı, həm də kiçik mağaza sahibi imiş. Əvvəllər də Iranın dövlət qəzetlərindən birində türklərin təhqir olunmasına etiraz edənlərə qoşulub və həbsə atılıb.
Iranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, həmin yas mərasimində tutulan 60 nəfərdən 4-ü hələ də həbsdədir. Iki gündür ki, onları ETTELAAT-ın Xoydakı şöbəsindən Urmiyə şöbəsinə köçürüblər. Onlara hansı ittihamların verildiyi bəlli deyil. Ailə üzvləri də vəziyyətlərindən xəbər tuta bilmir.
“Gələn həftə Səid Nəiminin məhkəməsidir. Vəkili hələ ittihamnamə ilə tanış olmadığına görə, Səidin nədə ittiham olunduğunu bilmirik. Təbrizdə zindanda saxlanılır”, - deyə 7 ay əvvəl ETTELAAT əməkdaşları tərəfindən öz evində həbs olunmuş Səid Nəiminin həyat yoldaşı Səidə Islami “Azadlıq” radiosuna deyib.
Səid Nəimi həbsdə olduğu müddətdə aclıq aksiyası da keçirmişdi və ADAPP əvvəllər onun vəziyyətinin ağır olması barədə məlumatlar yaymışdı.
Həbsdə olan azərbaycanlı fəallar Məhəmməd Əlimuradinin və Qadir Novruzinin ailələrindən isə bildirilib ki, hər ikisinə qarşı işgəncələr davam edir. Işgəncələr nəticəsində Məhəmməd Əlimuradinin qabırğaları sınıb, Qadir Novruzinin isə qasığı yırtılıb.
Hər iki fəal avqustun 24-də tanınmış fəal Mustafa Əvəzpurun evində verilən iftar süfrəsi zamanı ETTELAAT-ın Təbriz bölməsinin əməkdaşları tərəfindən həbs olunublar və hazırda da həmin bölmədə saxlanılırlar.
Iftar süfrəsi zamanı ümumilikdə 29 nəfər həbs olunmuşdu, onlardan 16-nın məhkəməsi olub və iki il dörd ay müddətinə azadlıqdan məhrum ediliblər. Verilən verilən cəzanın dörd ayı həbsxanada, iki ili isə azadlıqda şərti cəza kimi çəkilməlidir. 13 nəfəri isə hələ də öz mühakiməsini gözləyir.
Yaşar Həkkəkpur deyir ki, son aylarda Təbriz, Urmiyə, Ərdəbil, Qoşaçay, Sulduz, Xoyda baş verən etirazlarda həbs olunanların sayı 4 min nəfərə yaxındır. Bu aksiyalar zamanı ən azı 4 nəfər həlak olub. Aksiyalarda iştirak edənlər, əsasən Urmiyə gölünün qurumasına, Iran rəsmilərinin bu məsələdə hərəkətsizliyinə etiraz edirlər.
Bildiyiniz kimi, şovinist İran höküməti Güney azərbaycanlılara, o cümlədən, orada yaşayan digər etniklərə qarşı öz sərt mövqeyini göstərməkdədir. İnsanları səbəbsiz olaraq həbsə atmaq İran hökümətinin Güney azərbaycanlılara qarşı yürütdüyü siyasətin əsas göstəricisidir. Güney azərbaycanlı şair “İpək” təxəllüsü ilə fəaliyyət göstərən Fəranək Fərid də bu siyasətin qurbanlarından biridir.
Fəranək Fərid (ipək) Güney azərbaycanlı şair, tərcüməçi, jurnalist və qadın hüquqları müdafiəçisi sentyabrın 3-də tutuqlandığından bəri hələdə Təbriz zindanındadır. Fəridin sağlamlığı haqqında yayılan xəbərlər heçdə ürək açıcı deyil. Deyilənlərə görə, rejim məmurları tərəfindən döyülən Fəranək Fərid sol qulağından aldığı zərbə nəticəsində eşitmə qabiliyyətini tamamilə itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.
Qeyd edim ki, Fəranək Fərid 8 mart 2004-ci ildəni ilk Azərbaycanlı Qadınlar Konqresinin başçısı və “Dilmac” adlı qadağan edilmiş qəzetin qadın bölümünün redaktoru olmuşdur.
AZƏRBAYCANLI FƏALLAR 50 MİN DOLLARLIQ GİROV MÜQABİLİNDƏ AZADLIĞA BURAXILIB
Təbriz zindanında saxlanan azərbaycanlı fəallar Məsud Cəlilzadə, Çingiz Xorsəndi və Nəcəf Xandani azadlığa buraxılıblar.
ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları hər üç fəalı sentyabr ayında tutmuşdular.
Mustafa Cəlilzadə 10 min, Nəcəf Xandani 10 min, Çingiz Xorsəndi isə 30 min dollarlıq mülk girovu qarşılığında azadlığa buraxılıb.
Fəalların konkret nədə günahlandırıldığı bilinmir.
DƏFN MƏRASİMİNDƏ TUTULAN AZƏRBAYCANLI FƏALIN TALEYİ NAMƏLUM QALIR
İranda tanınmış azərbaycanlı fəal İbrahim Cəfərzadə və ailəsinin dəfn mərasimində tutulan dinc mübariz Şəhram Yüzbaşının taleyi naməlum qalır. Şəhram Yüzbaşının ailəsi Güney Azərbaycandakı hüquq müdafiəçilərinə bildiriblər ki, hazırda Xoy şəhərinin zindanında saxlanan azərbaycanlı fəalın azadlığa buraxılması üçün mülk girovu qoysalar da, zindan rəsmiləri bundan imtina edir. Azərbaycanlı fəalın konkret nədə günahlandırılması bilinmir.
İbrahim Cəfərzadə həyat yoldaşı Mina Kəhrəbayi və qızı Ayla ilə birlikdə sentyabrın 26-da Təbriz-Xoy yolunda avtomobil qəzasında həlak olub. Onların dəfnində yüzlərlə fəal iştirak edib. ETTELAAT dəfnə müdaxilə edərək xeyli fəalı həbs edib.
AVROPAYA DAXİL OLMASI QADAĞAN EDİLƏN 29 İRAN RƏSMİSİNİN ADI AÇIQLANDI
Avropa Birliyinin sanksiyasına məruz qalan 29 İran rəsmisinin adları açıqlanıb.
Avropa Birliyi həmin rəsmilərə sanksiyanı İranda insan hüquqlarının pozulmasında birbaşa iştirakı olduqlarına görə oktyabrın 10-da qoyub. Birlik bu il aprelin 12-də eyni səbəbdən 32 İran rəsmisinə sanksiya tətbiq etmişdi.
Avropa Birliyi ölkələrinə yeni sanksiyaya məruz qalmış 29 İran rəsmisinə viza vermək yasaq edilib və onların bu ölkələrdəki bütün əmlakı dondurulub.
“Media forum” sanksiyaya məruz qalan 29 İran rəsmisinin adlarını təqdim edir:
1. ETTELAAT-ın rəhbəri Heydər Moslehi;
2. Ədliyyə naziri Seyid Murtuza Bəxtiyari;
3. İslam irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni;
4. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Seyid Həsən Firuzabadi;
5. “Sepah”ın “Sarəllah” qərargahının komandanı Məhəmməd Hicazi;
6. “Sepah”ın siyasi şöbəsinin rəisi Yədulla Cavani;
7. İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin mədəniyyət işləri üzrə müavini Məsud Cəzayiri;
8. “Bəsic” təşkilatının rəhbərlərindən olan Məhəmməd Saleh Cokar;
9. “Sepah”ın internet təhlükəsizliyi qrupunun rəisi Behruz Kamaliyan;
10. “Sepah”ın siyasi bürosunun baş direktoru Mahmud Abbaszadə Meşkini;
11. Tehran əyaləti hüquq mühafizə qüvvələrinin komandanı Əlirza Əkbərşahi;
12. Tehran əyaləti ədliyyəsinin baş direktoru Seyid Əlirza Avayi;
13. Şiraz prokuroru Cabir Baneşi;
14. Qum prokuroru Mustafa Bərzigər Gənci;
15. İsfahan prokuroru Məhəmmədrza Həbibi;
16. İran aeroportlarının polis rəisi Nəbiulla Heydəri;
17. Təbriz prokuroru Musa Xəlilullahi;
18. İranın keçmiş daxili işlər naziri Sadıq Məhsuli;
19. Kirmanşah prokuroru Muctaba Məleki;
20. İran hüquq mühafizə qüvvələrinin kibernetik cinayətlərin qarşısının alınmasına dair idarəsinin baş direktoru Mehrdad Ümidi;
21. Tehran prokurorunun zindanlar üzrə müavini Mahmud Salarkiya;
22. Tehranın keçmiş qubernatoru Hüseyn Təla;
23. Tehranın ostandarı və “Sepah”ın üzvü Murtuza Təməddün;
24. İran baş prokurorunun məhkəmələr üzrə müavini Hüseyn Zebhi;
25. İran Silahlı Qüvvələrinin hərbi məhkəməsinin rəisi Məhəmməd Kazım Bəhrami;
26. Tehranın Evin zindanının rəisi Höccətullah Suri;
27. Evin məhkəməsinin 1-ci şöbəsinin keçmiş hakimi Əziz Hacməhəmmədi;
28. Cənubi Xorasan əyaləti prokurorunun müavini Məhəmmədbağır Baqiri;
29. Rəcayişəhr zindanının 1-ci korpusunun rəisi Həsən Axəriyan.
Iran PKK və PJAK la anlaşıb!
Birləşmiş Ştatlar İran Müdafiə Nazirliyi ilə birbaşa əlaqə qurulması imkanlarını araşdırır. Adının açıqlanmasını istəməyən Pentaqon təmsilçisinin sözlərinə görə, bununla onlar körfəzdə Amerika və İran hərbi-dəniz donanmaları arasında yaranacaq münaqişənin qarşısını almaq niyyətindədirlər. Fəqət bu təklifin müdafiə nazirləri səviyyəsinə çıxarılmadığı bildirilir.
"Uoll-strit jornal" iki dövlətin hərbçiləri arasında ilk belə "qaynar xətt"in qurulacağı niyyətinə dair məqalədə yazıb ki, ilk növbədə İranın körfəzdəki donanması ilə Bəhreyn paytaxtı Manamada yerləşən ABŞ-ın 5-ci Hərbi-Dəniz Donanması arasında əlaqələrin qurulacağı ehtimal edilir.
Pentaqondakı mənbə qeyd edib ki, Vaşinqton İranın raketlə silahlandığı ehtimal olunan iti sürətli katerləri, eləcə də körfəzdə ardıcıl kəşfiyyat uçuşları keçirən hərbi təyyarələrindən rahatsızdır. Burada ciddi münaqişə yarada bilən bir neçə olay baş verib.
ABŞ Silahlı Qüvvələri qərargah rəisləri Komitəsinin başçısı Maykl Mallen bir müddət öncə məsələ ilə bağlı Tehranla Vaşinqton arasında birbaşa xəttin olmamasından narahatlığını ifadə etmişdi: "Hətta gərgin "soyuq savaş" illərində SSRİ ilə ABŞ arasında belə "qaynar xətt" mövcud idi".
Türkiyədə radar sisteminin qurulma məsələsi də İranla ABŞ arasında birbaşa əlaqəni zəruri edir. ", rəsmi Ankara BMT Baş Assambleyasının sessiyası başa çatanadək öz ərazisində bu sistemin qurulmasına icazə verməyəcək. Bu məsələyə baş nazir Ərdoğanın ABŞ prezidenti Obama və İran prezidenti Əhmədinejadla görüşlərdən sonra yekun vurulacağı deyilir.
Toplantıdan döndükdən sonra Türkiyə baş naziri ölkəsindən İranın vurulmasına icazə verməyəcəklərini söylədi. Əhmədinejad Nyu-Yorkdakı çıxışında dedi ki, onlar uranın zənginləşdirilməsini 20 faiz səviyyəsində saxlaya bilərlər: "Ancaq bundan ötrü bizə atom stansiyasının işləməsi üçün yanacaq satılmasına təminat verilməlidir".
O, beynəlxalq sanksiyaların İran iqtisadiyyatına mənfi təsirini də etiraf edib.
Əhmədinejad Amerikadakı telemüsahibəsində İran-Amerika qarşılıqlı münasibətlərinə cavabında bildirir: "Bu əlaqələri ABŞ hakimiyyəti birtərəfli qaydada kəsib. Halbuki buna elə bir ciddi ehtiyac yox idi. İran ABŞ-la sayğı və ədalətli yanaşma əsasında danışıqlar aparılmasına və əməkdaşlıq etməyə hazırdır".
Radarın Türkiyədə qurulması, Əhmədinejadın ABŞ-a səfəri zamanı "qaynar xətt"lə bağlı xəbərin yayılması Vaşinqton-Tehran danışıqlarının hərbi aspektdə başlama ehtimalını artırır. Ehtimal ki, Ərdoğan Obama ilə yalnız Afrikanın şimalını, Suriyanı deyil, eyni zamanda İran məsələsini də müzakirə edib. Çünki bölgədə əsas güc olmaq istəyənlərdən biri İrandır. Bu baxımdan Türkiyə baş nazirinin İrana planlaşdırılan səfərində bəzi xəbərlərin sızacağı ehtimalı az deyil. Doğrudur, bu səfərin əsasən terrorizmə, özəlliklə PKK və Pjak-a qarşı mübarizəyə həsr olunacağı haqda xəbərlər yayılıb.
İran informasiya vasitələrinin yaydığı xəbərə əsasən, Quru Qoşunları "Həmzə Seyid-üş Şühəda" qərargahının komandanı general Asanlu bildirib ki, ölkənin Sərdəşt bölgəsindəki əməliyyatlar nəticəsində terrorçu PKK və Pjak-a məxsus qüvvələr "ağır itki verərək, bölgəni tərk etməyə məcbur olublar".
İran tərəfi son zamanlar terrorçu Pjak və PKK-nın mövqelərinə zərbələri sürəkləndirdiklərini, bu gün "ölkədə terrorçu PKK və Pjak-ın qalmadığı" haqda məlumatlar yayır.
İstisna deyil ki, Tehran bununla həm gücünü nümayiş etdirir, həm də beynəlxalq ictimaiyyətin gözündə özünü terrorizmlə əzmkar mübariz kimi göstərməyə çalışır (məsələn, "Türkiyənin 20 ilə susdura bilmədiyi terrorçuları biz bir neçə aya ölkədən qovub çıxardıq" kimi). Ancaq heç kimə sirr deyil ki, bölgədə kürd terrorçularını uzun illər Tehran hakimiyyəti bəsləyib.
İran hakimiyyətinin perspektivdə PKK ilə Türkiyəyə qarşı dil tapa biləcəyi də istisna edilmir. "Frans press"in məlumatına görə, bu ayın əvvəlində Pjak təmsilçisi Şirzad Kamangər deyib: "Biz İran tərəfi ilə yaranmış anlaşılmazlığı aradan qaldırmaq məqsədi ilə danışıqlar aparmaq istəyirik. Savaş fikir ayrılığını nəinki aradan qaldırmaz, əksinə, problemi dərinləşdirər". İraqın şimalındakı kürd lideri də bu günlərdə "terrorun kürdlərin mübarizəsində çıxış olmadığını" söyləyib.
General Asanlunun bəyanatı və terrorçu qrupların təmsilçilərinin söylədiklərinə əsasən ehtimal etmək olar ki, Tehran hakimiyyəti artıq terrorçu kürdlərlə "dil tapıb". Tehran "Pjak-ın öhdəsindən gəldiyini bəyan etməklə" bu mövzunu masadan kənarlaşdırmış olur. Vaşinqtonla münasibətlərdə daha ciddi predmetlərin müzakirə mövzusu olmasını istəyir.

Bu xəbər oxucular tərəfindən 1537 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |