14.06.2017 [10:49] - Mədəniyyət
Muzey Mərkəzinin akt zalında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası" mövzusunda elmi konfrans keçirilib.
Muzey Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, konfransa ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri dəvət olunub.
Mövzu ilə bağlı elm və incəsənət xadimləri çıxış edib. Həmçinin keçəçi rəssam Rauf Əbdülhəsənoğlu, professor Maya Qafarova, modelyer Gülnarə Xəlilova, əməkdar mədəniyyət işçisi Səadət Təhmiraz qızı və başqaları, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev bu tipli tədbirlərin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, hər xalqın özünəməxsus milli sənət nümunələri, milli sənətkarlıq səhələri var. Azərbaycan xalqına məxsus olan milli sənət və sənətkarlıq nümunələri də bu gün ölkə ilə yanaşı, dünyanın bir çox dövlətlərinin sərgi salonlarında və mədəniyyət saraylarında sərgilənir. Konfransın məqsədi milli sənət nümunələrimizin təbliği, qədimlərdən bizə yadigar qalan və unudulmaqda olan sənətkarlıq sahələrinin yaddaşlardan silinməməsidir.
Tədbirdə xalçaçılıq, keçəçilik, daş və dəmir üzərində oyma, ağac üzərində nəqqaşlıq, qurama, tikmə, və xalq musiqi alətlərinin nümunələri nümayiş olunub və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının ansamblı çıxış edib.

Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |