Şrift:
Ağcaqanadları öldürən aparatlar körpələr üçün çox ZİYANLIDIR
14.06.2017 [11:07] - Sağlıq
"Ağcaqanadları məhv etmək üçün istifadə olunan aparatlar insan sağlamlığına ziyanlıdır”.

Yay aylarının gəlişi ilə əlaqədar ağcaqanadların qarşısını almaq üçün istifadə olunan aparatların ziyanından danışarkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-filosof Şəmsiyyə Namazlı deyib.

O bildirib ki, bu aparatlar yalnız istifadə baxımından rahatdır:

"Həmin aparatların üzərinə quraşdırılan maddə istiliyin yayılması ilə buxara çevrilir və biz də həmin maddənin təsiri ilə tənəffüs edirik. Ona görə, həmin maddə tənəffüs vasitəsilə orqanizmimizə və qanımıza keçə bilir. Bəzən olur ki, otaq böyük olur, bir neçə aparat yerləşdirilir. Bu zaman da ağcaqanad üçün yayılan maddənin ionlar vasitəsilə təsiri daha çox olur”.

Ş.Namazlı onu da əlavə edib ki, ola bilər, böyüklər havadakı bu maddənin təsirlərini ciddi hiss etməsin, amma bu, körpələr üçün daha ziyanlıdır:

"Uşaqların gözlərində qızarma, boğaz qıcıqlanması, gün ərzində halsızlıq, yuxusuzluq kimi apatiya sindromu müşahidə oluna bilər.

Bu maddənin təsirləri kəskin formada olmur. Yay mövsümündə hətta bu aparatları sutkalarla istifadə edənlər var. Bu zaman yayılan buxarın təsirləri tədricən bu xroniki formaya keçir, ağ ciyərlərimizi zədələyir. Uşaqların yuxarı tənəffüs yollarında daha ciddi problemlər baş qaldıra bilər və müxtəlif xəstəliklərə yol açılar. Bəzi körpələrdə tənəffüs yolları ilə bağlı anadangəlmə və ya sonradan qazanılan xəstəliklər qıcıqlana və ciddi təsirlərə yola aça bilər”.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed