Şrift:
Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA
16.06.2017 [12:28] - Xəbərlər, Türkün şanlı tarixi
Aynur Talıblı

İstanbul Sabahattin Zaim Üniversiteti,

Tarix və Mədəniyyət araşdırmaları bölümü

Türk milləti hər zaman öz qəhrəmanlığı və cəsarəti ilə nam salmışdır. Bu yazımızda tarixdə əski türklərin necə savaşcı olduğunu, vətən anlayışının bizdəki dəyərini və irqimizdən gələn cəsarətlə günümüzdə düşmənə qarşı necə qəhrəmancasına savaşdığımızı xatırlatmağa çalışacağam.

Öncəliklə bildirmək istəyirəm ki, türk ərləri, igidləri, xanımları, xatunları hər biri bir savaşcıdır. Bu dəfələrlə sübut olunub. Dastanlarımızda, bir çox yazarların əsərlərində xüsusi ilə mövzu barəsində geniş danışlır. Hətta digər irqlərin sərkərdələri, ədəbiyyatçıları və səyyahları da bunu qeyd edirlər.

Qədimdə də türklərin ən əsas özəlliyi savaşcı kimlikləridir. Bu kimliyi türklərə aid olduğunu başqa irqlər də təsdiqləyir. Yaşayış tərzləri, coğrafi təsirlər və təcrübələri bu kimliyi qazanmalarında əsas ünsürlər olmuşdur.

Əski türk dastanı olan “Dədə Qorqud” dastanında Türk mədəniyyət tarixi baxımından ən qiymətli tərərflərindən biri də alp (savaşcı) tipinin necə yetişdirildiyini göstərən səhnələrin əks etdirilməsidir. Hər mədəniyyət şəkli özünü yaşadacaq insan tiplərini yetişdirir. Bunun üçün bəzi müəssəsələr yaradır. Köçəri toplumlarda bu funksiya (rusca) - işləm, örf və adətlər tərəfindən saxlanır. “Dədə Qorqud” kitabında da bir gənc alp (savaşcı) olması gərəkən özəlliklər atasözləri və qəlib ifadələr şəkilində sıralanmışdır. Buna görə alp (türk savaşcı); təkəbbürlük eyləməməli, könlünü uca tutmalı, qara polad öz qılıncını çalmalı, malına qıymalıdır. Amma oğul süfrə çəkməyi atadan görməlidir. Oğul da ata adını yarıtmalıdır. Kazılık ata ər minməli, çalup kəsər öz qılıcı ər çalmalıdır. Ərin evinə qonağı gəlməli, ər yalan bilməməlidir. Burda iki cür özəllik diqqət çəkir. Birisi təvazu, dürüstlük, cömərtlik, qonaq sevərlik kimi xarakterlərə dayanan özəlliklərdir ki, bunlar hekayələrdə əsasən “ərdəm” sözü ilə ifadə edilməkdədir. Digəri isə qazılı ata minmə, çapul kəsər öz qılıcı istifadə etmə kimi fiziki özəlliklərdir. Bunlarda “hünər” qavramı altında toplanmaqdadır. Bir-birindən ayrılmaz biçimdə qarşımıza çıxan bu özəlliklər, Oğuz alpının “hünərli” və “ərdəmli” olması gərəkdiyi sonucunu ortaya qoymaqdadır.

Türk milləti hər zaman özünə məxsus bir savaş, mədəniyyət meydana gətirmişdir. Qurduqları ordular, istifadə etdikləri silahlar daima digər qövmlərə örnək təşkil etmişdir. Qədimdə də irqimizin yaşadığı dönəmdə özləri ilə boy ölçəbiləcək yetənəkdə və texnalogiyada ordu anlayışının olmaması uzun zaman əsgəri zəfərlərinin daimi olmasına səbəb olmuşdur. Həm də bu zəfərlərin əsası güclü hərb startejilərinə sahib olmamız olmuşdur. Qədim türklərdə ordu xalqdır, xalq ordudur. Türklərdə əsgərlik məslək deyil, bünyədə olması gərəkən bir xüsusiyyət olmuşdur. Qeyd etdiyimiz kimi qədim türklərdə ordu toplumun digər kəsimlərindən ayrı düşünülməyən qurumdur. Tarixə səhnə olan bir çox savaşda millət tək vücud halında savaşar, düşməni dəf edər və sonra günlük həyatlarına davam edərlərdi. Türklər əsgərliyi və savaşmağı müqəddəs saymışdır. Türklərdə ordudan qaçanların və vətənə xəyanət edənlərin cəzası ölümdür. Ancaq döyüş olmadığı hallarda əgər qılınc çəkilərsə cəzası ölüm olar. Qədimdə türklərin digər ordulardan fərqli olaraq 3 yön təsbit edilmişdir: Türk odusu muzdlu olmur, Türk ordusu daimidir, Türk ordusunun təməli süvarilərdən təşkil edilir.

Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA

Bura qədər qədimdə irqimizin döyüş qabiliyyətindən və ordunun necə bir qurum olduğundan qısaca bəhs etdim. Bəs Türklər niyə, nə üçün savaşarlardı? Cavab olaraq: “Vətən, yurd, millət və namus üçün” deyə ağlınızdan keçirdiyinizi bilirəm və bu belədir. Bizdə Vətən, yurd və topraq anlayışı digər irqlərə görə fərqlidir və qədimdə də fərqli olmuşdur. Bizlər üçün vətən - yəni yurd müqəddəsdir, uğruna ölünür və öldurulur. Vətən torpağı satılmaz və hədiyyə edilməz. Bizlər tarix boyu vətənimiz üçün savaşmışıq. Bizə vətən, yurd, topraq sevgisi atalarımızdan qalmışdır. Necə ki, Mete xan ondan torpaq istəyən çinlilərə cavabında “torpaq vətənin malıdır və dövlətin malı başqasına verilməz”. Yurd əxlaqı qədim türklərdə çox güclüdür.

Türk hökümdarlarından biri Şah İsmail Xətai deyir ki: “Ey Türk oğlu! Dilinin heç bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağını dünyanın heç bir dövlətinə dəyişmə! Onu qoru və gələcək nəsillərə ötür!” Hər bir türk eli və ulusu üçün canını və ən sevdiyi şeyləri fəda etməkdən çəkinməz. Qədim türklər yurdlarına bağlıdırlar. Onlar ancaq hür və müstəqil yaşaya bildiyi torpağı vətən saymaqda (Türk tarixində müxtəlif türk zümrələrinin ayrı vətənləri bundan irəli gəlir) fəqət bu şərtlərin mövcud olmadığı ərazini asan tərk edəbilirlər (Türklərin köçlərinin digər bir səbəbi). Qısaca Türk kültüründə Vətən, Türk tuğlarının və ya bayrağının dalğalandığı yerdir.

Türklərlə bağlı digər millətlərin nümayəndələrinin dedikləri bir çox sözlər var. İndi həmin deyimlərin bir qisminə diqqət edək: “İnsanları ucaldan iki böyük məziyyət vardır: kişinin cəsur, qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət daha vardır. Bu gərəkdiyində tərəddütsüz canını fəda edəbiləcək qədər vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətlərə sahib qəhrəmanlardır. Bu səbəbdən türklər öldürülə bilərlər, lakin məğlub edilə bilməzlər” Napoleon Bonaparte-Fransız İmparatoru.

“Silahlı millətin ən canlı örnəyi türklərdir. Onlar ata minər kimi oturar, kəşfə yollanan əsgər kimi oyanıq gəzərlər” Moltke

“Savaşın zövqünü almaq istəyən hər kəs türklərlə savaşmalıdır.” La Martine

“Türklər ölməyi bilirlər, həm də yaxşı bilirlər. Mən də ölməyi bilən bir millətin yenilməyəcəyini biləcək qədər təcrübəliyəm. Burda heç yoxdan ordular qurmaq və bu orduları ölümə sürükləmək mümkün. Bu imkanlardan bol-bol faydalanıram. Fəqət, meydana gətirdiyim orduları səndələtən bir əngəl var: Türklərin yaşayan xatirələri! Üç-dört yüzil öncə hər qüdrəti və hər milləti yenən türklər, indi də silinməz xatirələriylə hər təşəbbüsümü səndələtirlər. Hər ürəkdə bu qorxunu sezirəm. Demək ki, yalnız türkləri deyil, onların tarixini də yenmək lazımdır. Bu durumda mən türklərin düzinələrlə, milləti idarə etmələrindəki sirri də anlayıram. Onlar millətləri bir kərə yenirlər, fəqət qazandıqları zəfərləri ruhlara və nəsillərə nəqş edəbilirlər”. M.Montecuccoli (Avstryalı komutan).

Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA

Digər millətlərdən olan insanlar belə etiraf edir türklərin cəsarətini, döyüşkənliyini və doğuşdan əsgər kökənli olduğunu. Bizlərin tarix boyu hür yaşamaq həyatımızın əsası olmuşdur. Azərbaycan türk yurdumuzun Sovet dönəmində ruslar tərəfindən “xalqların qardaşlığı” adı ilə işğal edildiyi hər birimizə məlumdur. Rusların bu hərəkəti sadəcə xristian qardaşlığı idi. Əks halda bu qardaşlığı Güney Azərbaycandakı türklərlə və türkiyəli türklərlə də qurardıq. Bu siyasətlə biz türklərin milli kimliyini, torpağını, dilini əlimizdən aldılar. Bizim torpağımızda, yurdumuzda qondarma “ermənistan” adlandırdıqları ölkəni yerləşdirdilər. Bu qardaşlıqda sadəcə ermənilər və ruslar qazanclı çıxdılar. Bizlərə tariximizi, atalarımızı unutdurdular, yurdumuzu öz mülkləri zənn etdilər. Tarixi torpaqlarımızı bizə unutdurmaq istədilər. Bunun səbəbi rusların türklərin tarixini gözəl bilməsi idi. Tarix boyu, öncədən də qeyd etdiyim kimi, türklərdə ordu xalq və xalq ordu idi. “Hər türk əsgər doğular” deyilirdi. Bizlər vətən torpağı üçün ölməyi və öldürməyi gözə alacaq qədər cəsarətliyik. Mustafa Kamal Atatürkün “Vətən torpağı müqəddəsdir və qədərinə tərk edilməz” sözləri hər zaman türk milləti üçün əsasdır. Tarix boyu torpağımızda düşmənləri yaşatmadıq və yaşatmayacayıq. Allaha c.c sükürlər olsun ki, artıq həm ruhən, həm də düşüncə baxımından özləşmiş, özümüzə dönmüşük. Türk millətinin vətən sevgisi başqadır. Bizlərdə şəhit olmaq şərəfdir. Bizim analarımız qədimdə övladlarını əsgər göndəriyi zaman əlinə və ya kəkilinə xına çəkərlərdi ki, bu hal Vətən uğrunda şəhit olmalarını gözə aldıqlarına işarə idi. Vətən uğrunda ərlərinin, oğullarının şəhit, qurban olması analar üçün şərəfli bir hal olmuşdur hər zaman.

“Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq əgər uğrunda ölən varsa vətəndir.”

Mithat Cemal Kuntay


Dillər əzbəri olan və hardasa türklərin atalar sözü ola biləcək bu misralar əslində hər şeyi izah edir. Bəli, bizim şanlı türk bayrağızımızın üstündə şərəfli şəhidlərimizin qanı var və torpaqlarımız onların qanı ilə yoğrulub. Bu bayrağın və torpağın qədrini, dəyərini bilmək bizim boynumuzun borcudur. Əks halda manqurtlaşmış, vətən torpağını satan, insanlıqdan nəsibini almamış bir varlıq halına gələrik. Hər birimiz qədimdə olduğu kimi əsgər olmalıyıq, cinsiyyət fərqi olmadan. Keçmişdə olduğu kimi qadınlarımız da savaşmağı öyrənməli, türk yurdunun və türk millətinin namusunu, şərəfini qorumaqdan geri qalmamalıdır. Unutmayın, hər türk əsgər doğular və bu hər daim belə olmalıdır. Bizim bayrağımız da, torpağımız da şanlı və dəyərlidir.

Hər bir Azərbaycan Oğuz Türkü müharibə şəraitində yaşadığını unutmamalıdır. Torpağımız uğrunda Şəhid vermişik. Bizim bir şəhidimiz olanda düşmənin 10 əsgərini məhv edirik, bunu bilirik. Amma unutmayın, qanımızın son damlasına qədər savaşmaq bizim həm atalarımıza, həm də bu torpağa olan borcumuzdur. Axı bizim yurd əxlaqımız var. Bizlər şanlı türk millətiyik və tarixə ad salmışıq. Bu ada yaraşan cəsarətimizi bütün dünyaya göstərməyin zamanıdır. Nə mutlu türkəm deyənə! Artıq gün Türkün günüdür.
Bu xəbər oxucular tərəfindən 2993 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed