Şrift:
Heç kəsi söymürəm, alçaqdan başqa, Elə alçaqlığı alçağa bəsdir.
18.06.2017 [11:59] - Gündəm, DAVAMın yazıları
Hanı o əzəmət,hanı o vüqar?
Nadanlar çoxunu zəlil qoydular.
Atdılar,tutdular biri - birini,
Niyə bəziləri bilmir yerini.

Var idi əvvəllər börkü olanlar,
Dar gündə hamıya ərki olanlar.
Tülkülər itlərlə dostluq eləyir
Nə yaman çoxalıb tülkü olanlar.

İndinin çaqqalı dəyişib işin,
Gecəli, gündüzlü sürür gərdişin.
Zakirin diliylə desək, lənət ,...
Lənət ustasına belə vərdişin.

O gün təsadüfən Ququşu gördüm,
O torba tikəni söydüm, ha söydüm.
Mən söyüş bilməzdim, 50-60 il..
tanıyan bilir ki, belə deyildim.

Cibimdə var hazır bir nekroloqum,
Bəlkə bu günlərdə ona oxudum.
Var olsun, yaşasın oğul, uşağı,
Amma nadanlığı - ona uçurum.....

Nazim Nəsrəddinov.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed