05.05.2012 [15:25] - Güney Azərbaycan xəbərləri
Urmu Gölünün qurudulması məsələsi güney azərbaycanlıların gündəmindən düşmək bilmir.Bir qrup Azərbaycan Milli Hərəkat fəalları və öyrəncilər yeni Bəyanatla çıxış ediblər. Azərbaycanlı fəallar Urmu gölünün qurudulması siyasətini şiddətlə məhkum edib, İran rəhbərliyinin irqçi siyasətini qınayıb, Urmu Gölü və ətraf bölgələrdə yaşayan əhalini gözləyən faciədən geniş söz açıblar. Həmçinin milli-mədəni fəallar və jurnalistlərə qarşı təzyiqlər, onların həbs edilməsi, işgəncə edilməsi və evlərinin axtarılmasını şiddətlə qınayıblar.Bəyanatda vurğulanıb ki, biz artıq bir yerə toplaşaraq səsimizi qulaqları kar olmuş İran rəhbərliyinə deyil, Birləşmiş Millətlər Təşkilatı və dünya ictimaiyyətinə çatdırmağa çalışmalıyıq. Ola bilsin ki, onlar bir nicat yolu tapsınlar.Bəyanatda Güney Azərbaycanda yaşayan bütün soydaşlarımız xüsusi ilə Urmulu soydaşlarımızdan dəvət olunur ki, nəzərdə tutulan dinc Etiraz Yığıncağında aktiv olsunlar.
Şüarlar:
Urmu Gölü can verir – Dövlət onun qətlinə fərman verir
Urmu Gölü səslənir – Susuzam Haray Haray
Sədləri sındırın – Urmu Gölün doldurun
Gəlin gedək ağlayaq – Urmu Gölün dolduraq
Görüş:
Zaman: 2012-ci il mayın 21-i (1391-ci il xordadın 1-i), yerli vaxtla saat 18 radələri
Yer: Urmu, Ətayi xiyabanı – İmam
Şüarlar:
Urmu Gölü can verir – Dövlət onun qətlinə fərman verir
Urmu Gölü səslənir – Susuzam Haray Haray
Sədləri sındırın – Urmu Gölün doldurun
Gəlin gedək ağlayaq – Urmu Gölün dolduraq
Görüş:
Zaman: 2012-ci il mayın 21-i (1391-ci il xordadın 1-i), yerli vaxtla saat 18 radələri
Yer: Urmu, Ətayi xiyabanı – İmam
Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |