Şrift:
Rəsmi Ankara Naxçıvanla azad iqtisadi zona yaradır
19.06.2017 [10:21] - Xəbərlər, İqtisadiyyat, Türk dünyası-Turan
Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır.
Bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

O bildirib ki, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.

"Türkiyə iqtisadiyyat nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", deyə nazir bildirib.
Nazirin sözlərinə görə, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərə aparılan ticarətdən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed