Şrift:
Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
20.06.2017 [09:34] - Gündəm, DAVAMın yazıları
Mən 1974-cü ildə əsgərlikdən gələndə əlavə iş axtarışına başladım. Keçmiş partiya işçiisi Təhminə xanım Qiyasbəyova Bakı Şəhər İcraiyyə Komitəsindəki yeni iş yerindən "Bakı" və "Baku" qəzetlərinin redaktoru görkəmli jurnalist Nəsir İmanqulyevə zəng etdi. Səhəri günü Nəsir müəllim məni ləyaqətlə qarşılayıb,şöbə müdiri Səfər Məmmədova tapşırdı.Mən bir günün içidə "bakılı" və "bakulu" oldum.Ştatdankənar müxbir kimi Azərbaycan və rus dillərində qəzetə yazılar yazmağa başladım.Redaksiyanıniş planlarının hazırlanmasında fəal iştirak etdim.
Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu  Mehmandarov

Mən hələ də buradakı iş yoldaşlarımı-Əliabbas Əliyevi, Şakir Abdullayevi ,Səfər Məmmədovu,Dağbəyi İsmayıovu,Tamilla Hacıyevanı hörmətlə xatırlayır,indi həyatda var olanlarla rastlaşanda onlarla səmimiyyətlə salamlaşıram.

Redaksiyada ünsiyyət qurduğum jurnalistlərdən biri də ağsulu Qüdrət Piriyev idi.Səhv etmirəmsə,o da,Dağbəyi də qəzetlə təzəcə əlaqə qurmuşdu.Bəlkə də təçrübə keçirdilər.

Mənim əsas iş yerim Azərbaycan KP Nərimanov PK müəssisə siyasi maarif kabinetinin müdirliyi idi.Siysi təbliğatla məşğul olsam da,Azərbaycanın ictimaifikir tarixinə,dilçilik əlaqələrinə, dil tarixinə,pedaqogika məsələlərinə aid araçdırmalar üzərində işləyirdim. Bu,məmim aspirant kimi elmi işimin mövzusu ilə ilgili idi.

Bir dəfə seçkilər zamanı Qüdrət Piriyev əvvəlcədən zəng edərək müdiri olduğum seçki məntəqəsinə gəlmişdi.Məntəqə leytenant Şmidt adına zavodun Mədəniyyət Evində yerləşirdi.Qüdrət seçicilərin siyahısı ilə maraqlandı,elə bil qeyri-adi nə isə axtarırdı.Mən bu qeyri-adiləri əvvəlcədən bir qovluğa toplamışdım. O,bəzi qeydləri bloknotuna qeyd etdi,yenidən siyahıya baxmaq fikrinə düşdü.Mən də bu işdə ona qoşuldum.Birdən Qüdrət

" Mehmandarov İqor Samedoviç " adını görüb başını siyahıdan qaldırdı.

...Hə,axtarılan tapılmışdı.Sən demə,İqor Mehmandarov məçhur generalın oğlu imiş.Birlikdə Qədirbəyov küçəsi ,63 ünvanınlı evə getdik.

Maraqlı seçici axtarışına çıxmışdıq.Qapını boyca özündən kiçik olan arvadı İza xanım açdı.Özümüzü təqdim etdik.Bizi içəri dəvət etdilər.

İ.Mehmandarov təxminən 70-72 yaşlarında ucaboy bir ziyalı idi.Danışığı rəvan və cəlbedici idi.Həyatından söhbət açdı,Bakıya Leninqraddan Heydər Əliyev tərəfindən dəvət edildiyindən söz açdı.Rusça danışsa da,uşaq vaxtı Bakıda oxuyarkən əzbərlədiyi şeirlərdən də sitat gətirməyi xoşlayırdı.Uşaqları yox idi.Sonradan məlum oldu ki, bu xanım onun ikinci həyat yoldaşıdır. ( təxminən 90 yaçlı general qızı və füneral gəlini olan bu xanım sağ-salamatdır,ərinə bağışlanan evdə tək yaşayır -N.N.).

İqor Səmədoviç gəmi mühəndisi idi.Təqaüdə çıxandan sonra Bakıya köçmək təklifi iə razılaşmışdı.Zövcəsi də məmnun görünürdü. Geniş və işıqlı beton evdə

yaşasalar da, özlərini burada daha rahat hiss edirdilər.Dil problemləriərindən də şikayətçi deyidilər. Hamı onları yaxşı başa düşürdü.

Qüdrət İqor Mehmandarovla ünsiyyətimizi bir gündən sonra qəzetə yerləşdirdi.Yazının rus dilinə tərcümə edilib-edilməsindən xəbərim yoxdur.


İ.Mehmandarovun evi ilə mənim kabinetimi Gülarə Qədirbəyova küçəsi ayırırdı.Hərdən vaxt tapıb binanın qarşısında -Tofiqin mağazasının qarçısında söhbət edirdik.Söhbət zamanı məlum oldu ki, İqor müəllimlə ortaq tanışlarımız çoxdur.

Onlardan biri-AMEA xarici dillər kafedrasının müəllimi-mənim aspiranturadakı ingilis dili müəllimim Bəhicə xanım idi.Bəhicə xanım aspirantların ən sevimli müəllimi idi.Səməd Vurğun küçəsi ilə A.Bakxanov küçəsinnin tinindəki möhtəşəm binanıb üçüncü mərtəbəsində yaşayırdı.Anası xəstə olduğu üçün bir neçə dərsimizi onların evində keçmişdik.Bəhicə xanım sonralar ailəsi ilə birlikdə kanadaya köçdü.

Bəhicə xanım məşhur dilçi,repressiya qurbanı Xaild Səid Xocayevin qızıdır.Bəhicə adı ona ailənin dostu Hüseyn Caviddən yadigar idi.

Sən demə,İ.Mehmandarovun Bəhicə xanımgillə -Lənkəran tərəfdən qohumluğu var imiş.

İ.Mehmandarovun daha bir qohumu mənim ADU-nun filologiya faküültəsindəki tələbə yoldaşım Aliyə Mehdiyeva(Təhmasib) imiş.Aliyə müəllim ADU-ya qəbul zamnı bütün imtahanlardan əla qiymət almışdı.Biz tələbələr sonralar həmişə onunla fəxr edirdik.O,vaxtilə qaynanası müəllim işləyən 132 nömrəli məktəbin direktoru,SSRİ Ali sovetinin deputatı oldu.Hazırda təqaüdçüdür.Deyilənə görə,fəxri direktor kimi kabineti hələ də öz yerindədir.

Bir dəfə söhbət zamanı İ.Mehmandarova dedim ki,müdafiə ərəfəsindəyəm,elmi işimi yazıb qurtarmışam,amma partiya işindən ayrılmaq istəmirəm.

Burada bir çətinliyim odur ki, raykom katibi olmaq üçün ya Moskvada,ya da Bakıda Ali Partiya Məktəbibini bitirməliyəm.Bu da ki çətin məsələdir.

İqor Mehmandarov söz verdi ki,bu məsələdə mənə kömək edəcək.Lakin o, bu işlə məşğul olanlarla dil tapa bilmədi.Kabinetımə gəlib təəssüfləndiyini bildirdi və üzrxahlıq elədi.Bu,bizim son görüşümüz oldıu.

İqor Mehmandarov1989-cu ilin avqust ayında vəfat edib. Məzarı Yasamal qəbirstanlığındadır.

İqor Mehmandarov mənim yadımda uşaq vaxtı orta məktəb dərsliyinnində çar olunmuş şeirləri uşaq kimi şövq və həvəslə söyləyən əlaçl məktəbli kimi qalıb.



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,

türkoloq.



Bakı.

19.06.2017.
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed