Şrift:
"20 il Şuşasız” filminin təqdimatı olub
05.05.2012 [16:55] - Sosial
Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mərkəzi qərargahında Şuşanın 20 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, rayonun ziyalıları, keçmiş döyüşçülər, sakinlər iştirak edib. İlk olaraq Şuşa uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Çıxış edən Dağlıq Qarabağ icmasının rəhbəri Bayram Səfərov bütün şuşalılar kimi özünün də bu 20 ildə həsrətlə yaşadığını deyib:

“Hər bir şuşalı kimi ən böyük arzum doğma vətənimə qayıtmaqdır. Öz ata və anamın qəbrini ziyarət etmək istəyirəm. Bu gün prezidentimizin apardığı həm daxili, həmdəki xarici siyasəti dəstəkləyirəm. Azərbaycanın bu günki iqtisadiyyatı onu deməyə əsas verir ki, biz tezliklə öz doğma torpaqlarımıza qayıdacağıq”.
Daha sonra 30 dəqiqəlik “ 20 il Şuşasız” filminin təqdimatı olub. Film Şuşanın 1920-ci ildə ilk dəfə ermənilər tərəfindən dağıdılmasından, rayonun 3-cü işğalına qədər olan dövrü əhatə edir. Filmdə Şuşanın 100 yaşlı sakini Güldanə Əliyeva erməni vəhşiliklərindən danışır. Sonra şuşalı döyüşçülər, şəhid olanların valideynləri, fotoqraf, rəssam, rayon ziyalıları 20 illik Şuşa həsrətindən danışırlar.
Təqdimatdan sonra rayon ziyalıları çıxış edərək, o günlərin acısının yarım saatlıq filmdə əks olunduğunu bildiriblər.

"20 il Şuşasız” filminin təqdimatı olub

"20 il Şuşasız” filminin təqdimatı olub
Bu xəbər oxucular tərəfindən 1444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed