Şrift:
Yeni qurğu stressdən xilas edəcək
20.06.2017 [10:28] - Sağlıq
Böyük Britaniyanın “BioSelf Technology” şirkətinin bir qrup tədqiqatçısı “Sensate” adlanan kiçik qurğu hazırlayıb.

İstifadəçinin sinəsinə bərkidilən qacet stressə səbəb olan hallar zamanı titrəyişlər verərək aztezlikli səs dalğaları yaradır.

“Sensate” ürək yığılmaları tezliyi, nəfəs, qamət və bədən temperaturu kimi biometrik məlumatları izləmək üçün quraşdırılmış ötürücülərdən istifadə edir. Toplanmış məlumatlar simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfonuna ötürülür və proqramın köməyi ilə real vaxt rejimində təhlil edilir.

Qacet tərəfindən istifadəçinin stress keçirdiyi müəyyən edildiyində, proqram aztezlikli səs dalğalarını yaradaraq “Sensate” qurğusunun titrəşiminə səbəb olur. Vibrasiya sümük keçiriciliyi sayəsində istifadəçinin sinəsinə nüfuz edərək Vaqus sinirini stimullaşdırır və stressin azalmasına kömək edir.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed