21.06.2017 [10:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bizi təhrikedirlər ki, Avropa təsisatları ilə əlaqələrimizi dəyişək, yaxud kəsək”
Elçin Mirzəbəyli: “Qətnamənin qəbuluna zəmin yaradan bütün hallar ciddi şəkildə araşdırılmalıdır”
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sərt qətnamə ətrafında proseslər böyüyür.
Ölkə iqtidarının Əfqan Muxtarlı və Azərbaycandakı media azadlığı ilə əlaqədar verilən qətnaməyə sərt təpkiləri ilə yanaşı, qərarın sonunun necə ola biləcəyi ilə bağlı suallar ətraflında müzakirələr də var. Qətnamənin Azərbaycan-Qərb əlaqələrinə zərbə vuracağı ilə bağlı səslənən müxtəlif fikirlərlə yanaşı, bunun əksini düşünənlər də az deyil.
Xatırladaq ki, 2015-cü ilin sentyabrında da Avropa Parlamenti oxşar qətnamə qəbul eləmiş, Azərbaycan parlamenti isə buna adekvat cavab olaraq “Avronest”dən çıxmaqla bağlı qərar vermişdi. Bunu nəzərə alaraq, ölkə iqtidarının indi hansı addımları atacağı maraq doğurur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, “Avronest” və digər beynəlxalq qurumlardan çıxmaq belə məsələlərdə çıxış yolu deyil: “Biz Avropa təsisatlarında sözümüzü deyirik. Moldovadakı son iclasda Ermənistandakı Atom Elektrik Stansiyası ilə bağlı məsələ qaldırdım. Növbəti konfrans üçün işlər gedir. Nümayəndə heyətimiz ciddi uğurlar qazanıb. Bizi təhrik edirlər ki, Avropa təsisatları ilə əlaqələrimizi dəyişək, yaxud kəsək. Hətta vəziyyət o yerə çatıb ki, ”Avronest"dəki nümayəndə heyətləri Ermənistana açıq şəkildə deyirlər ki, Rusiya sizi buranı dağıtmaq üçün göndərib, yəni maraq var o təsisatların dağılmasına. Rusiya postsovet ölkələrini öz orbitində saxlamaqda maraqlıdır. O da bir faktdır ki, Avropa Parlamentində bəziləri qərəzli şəkildə bizə qarşıdır. Unutmaq olmaz ki, bu bütövlükdə Avropa İttifaqının mövqeyi deyil. Son zamanlar ittifaq tərəfindən Azərbaycana yönəlik müsbət münasibətin olduğunun şahidiyik. Amma orada bir qrup deputatın müəyyən qərarlar vermək səlahiyyətləri var. Biz işləməliyik ki, bu tipli məsələlər olmasın. Təşkilatımızın son bəyanatında bildirmişdim ki, bu qətnamə Azərbaycan hüquq müstəvisinə ciddi müdaxilədir. Qətnamədə “bizim çağırışlarımızla hərəkət edin, subyektiv yanaşmalarımıza tabe olun” kimi çağırışlar sanki var. Hansı qurumdan, yaxud kimsədən asılı olmayaraq, qanunlardan yan keçmək üçün bir səlahiyyət yoxdur. Azərbaycan Avropanın qurumlarının bu cür sərt qərarları ilə üzləşməməlidir. Biz məcbur deyilik ki, onların qərarlarına əməl edək. Sadəcə, iradlarımızı bildirməliyik. Avropa Konvensiyasına uyğun qərarlar veririk. Biz heç kimin çağırışı ilə hüquq müstəvisindən kənarlaşmayacağıq. Heç kimin təzyiqinin qarşısından da geri çəkilməməliyik. Bu bir mübarizədir. Azərbaycan heç bir təhrikedici, şantajlarla Qərb dövlətləri və təsisatları ilə əlaqələrini kəsməməli, eyni zamanda bu cür yanaşmalardan narahat olduğunu diqqətə çatdırmalıdır".
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Avropa Parlamentindəki bəlli bir qrupun Azərbaycana qarşı olan münasibəti barədə geniş danışmağa ehtiyac yoxdur: “2015-ci ildə də həmin qrupun fəaliyyəti nəticəsində ölkəmizlə bağlı qətnamə qəbul olunmuşdu. Məqsəd isə Avropa Oyunları öncəsi Azərbaycanın nüfuzuna zərbə vurmaqdan ibarət idi. O dövrdə bu prosesdə erməni diasporu da fəal iştirak edirdi. İndi də eyni prosesin şahidi oluruq. Çünki Azərbaycanla Avropa İttifaqı arasında ciddi danışıqlar aparılır. Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlığına zəmin yaradacaq mühüm bir sənəd üzərində iş gedir. Digər tərəfdən, Cənub Qaz Dəhlizi və onun önəmli bir parçası olan TAP layihəsi də Azərbaycanla Avropa İttifaqının gündəmində olan prioritet mövzulardandır. İndi gəlin müəyyənləşdirək, Azərbaycanla Avropa İttifaqının strateji tərəfdaşlığına və Cənub Qaz Dəhlizi layihəsinin əleyhinə hansı qüvvələr ola bilər? Şübhəsiz ki, Rusiya və Ermənistan. Rusiya Azərbaycanın bütün dünya ilə münasibətlərinin korlanmasında, manevr imkanlarımızın məhdudlaşdırılmasında maraqlıdır. Digər tərəfdən, Rusiya Cənub Qaz Dəhlizinin və onun bir hissəsi olan TAP layihəsinin inşasının ləngiməsi üçün əlindən gələni edir. İtaliyada TAP-a qarşı ”No TAO" hərəkatı başladılmışdı. Hərəkata isə İtaliya parlamentində 20 faiz səslə təmsil olunan partiyalardan ibarət “Five Star” (5 ulduz) siyasi blok rəhbərlik edirdi. İtaliya mətbuatının araşdırmasından sonra bəlli oldu ki, həmin partiyaların seçki kampaniyasını Rusiya maliyyələşdirib və bu partiyaların rəhbərliyində təmsil olunan şəxslərin Rusiyanın siyasi və biznes elitası ilə sıx əlaqələri var. Yəni ilk baxışda prosesin önündə avropalılar - italyanların olduğu nəzərə çarpırdı, amma arxasında Rusiyanın maraqları dayanırdı. Avropa İttifaqının son qətnaməsi də bu və ya digər maraqlardan qaynaqlana bilər. Rusiyanın maraqlarını ifadə edən qüvvələr hər yerdə var. Onlar hətta bizim üçün heç bir önəm kəsb etməyən şəxslər və proseslər müstəvisində təxribat törədə, strateji hədəflərimizin yerinə yetirilməsinə maneə yaratmağa cəhd göstərə bilərlər. Azərbaycanın nə etməli olduğu barədə fikir yürüdə bilmərəm. Belə bir səlahiyyətim də yoxdur. Eyni zamanda baş verənlərin mahiyyəti haqqında tam və dolğun məlumata malik deyiləm. Bununla yanaşı, hesab edirəm ki, qətnamənin qəbuluna zəmin yaradan bütün hallar ciddi şəkildə araşdırılmalı, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafında maraqlı olmayan bütün qüvvələrin fəaliyyət və yaşam sferası müəyyənləşdirilməlidir".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |