21.06.2017 [11:11] - Türk dünyası-Turan, Müsahibə
“Bizlər bir-birimizi çox yaxşı tanıyır və sevirik. Hər ikimizin yeri bir-birimizin qəlbindədir. Bir-birimizə ürəkdən bağlıyıq” – Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın “Kaspi” qəzetinə müsahibəsində söylədiyi bu fikirlər iki ölkə arasındakı birliyin və ortaq dəyərlərimizi təbliğ etməyin parlaq nümunəsi kimi səsləndi.
Öncüllük verdiyim sahə – mədəniyyət
– Cənab səfir, siz Türkiyənin Azərbaycandakı böyükelçisi təyin olunanda, «Erkan Özoral ölkəmiz üçün yeni sima deyil» – deyə mediada və sosial şəbəkələrdə sevinclə paylaşımlar etdilər. Şübhə etmirik ki, siz özünüz də xəbəri eyni sevinclə qarşılamısınız. Bu tanışlığın fəaliyyətinizə hansı təsiri oldu?
– Azərbaycanı tanımağımın mənə böyük faydası oldu. Çünki bizim işimizdə ən çətin mərhələ bir ölkəyə getdiyimiz zaman oranı öyrənmək, oradakı insanlarla təmas yaratmaq və ondan sonra iş qurmağa başlamaqdır. Ancaq mən Azərbaycanı əvvəldən tanıdığım üçün bu mənada böyük bir sıxıntı yaşamadım. 7 il əvvəl qoyub getdiyim yerdən vəzifəmə davam etməyə başladım. Burda keçmiş dostlarımla görüşdüm. Azərbaycan bizim ikinci vətənimiz olan ölkədir. Ona görə də mən burada daha öncədən çalışmağımın rahatlığını yaşadım. Bu mənim işimi xeyli asanlaşdırdı. Digər tərəfdən, qarşımdakı insanların da məni tanımış olması başqa bir avantaj oldu. Çünki aramızda səmimiyyət var. Bir-birimizi tanımağa və anlamağa ehtiyac olmadan dayandığımız yerdən işə davam etdik.
– Türkiyə ilə Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlıq sıxdır və get-gedə daha da inkişaf edir. Bu strateji əməkdaşlıqda təbii ki, diplomatlar da həmişə yaxından rol oynayır. Bu baxımdan, sizin fəaliyyətinizin prioritet istiqamətləri hansılardır?
– Sizin də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında sıx əməkdaşlıq var. Gediş-gəlişlər olur, hər kəs bir-birini tanıyır, görüşür… Diplomatların varlığına gərək qalmadan iki ölkə arasındakı münasibətlər irəli gedir. Çünki bizim qurumlarımız da bir-biriləri ilə gerçək ünsiyyət qururlar. Ankarada bir şey öyrənmək istədikdə, Azərbaycandakı dostlarını arayıb «bunu necə edə bilərik» – deyə soruşa bilirlər. Ancaq mənim Azərbaycanda daha çox önəm verdiyim və daha da inkişaf etdirmək istədiyim sahə mədəniyyətlə bağlıdır. Bizlər bir-birimizi çox yaxşı tanıyır və sevirik. Hər ikimizin yeri bir-birimizin qəlbindədir. Bir-birimizə ürəkdən bağlıyıq. Amma bir-birimizin mədəniyyətini fikrimcə, yetərincə bilmirik. Bu sahəni bir qədər də tanımaq, tariximizi, ortaq xüsusiyyətlərimizi araşdırıb ortaya çıxarmaq lazımdır. Mənim öncüllük verdiyim sahə də bu olacaq. İnsanlarımız arasındakı mədəni münasibətləri inkişaf etdirmək lazımdır. Kaş, imkan ola, Türkiyə Cümhuriyyətinin hər bir vətəndaşı gəlib Azərbaycanı ziyarət edə bilə… Buranı tanıyıb, görə bilsələr, içlərindəki Azərbaycan sevgisi daha da böyüyəcək. Eyni şəkildə Azərbaycanın hər bir vətəndaşı Türkiyəyə getdiyi zaman, bilirəm ki, bu sevgi eşqə dönür. Bizim qardaşlığımızı daha da gücləndirməyimiz və sıxlaşdırmağımız lazımdır.
– İki il əvvəl Ankarada Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov “Kaspi” qəzetinə müsahibə verərkən az öncə sizin də toxunduğunuz ortaq türk xüsusiyyətləri ilə bağlı məsələlərdən bəhs etdi. Ortaq türk tarixi, televiziyası, əlifbası və s. layihələrlə bağlı hansı addımlar atılır?
– Bütün bu məsələlər mənim bəhs etdiyim mövzuya aiddir. Cənab Faiq Bağırov da mənimlə eyni şeyləri düşünür ki, o da bunları söyləyib. Önəmli olan – bu istiqamətdə birgə çalışmağımız, bir yerdən başlamaq və daha sonra irəli getməkdir. Biz 25 il ərzində münasibətlərimizi bu səviyyəyə gətirə bildik. Bundan sonra daha da irəli aparmaq üçün çalışacağıq.
– Az öncə mədəni layihələrin həyata keçirilməsi və inkişafı istiqamətində çalışacağınızı söylədiniz. Bu istiqamətdə hansı işləri görməyi nəzərdə tutursunuz: film festivalları, sərgilər, ədəbi törənlər, konsertlər…
– Hazırda gündəmimizdə olan Türkiyə filmləri festivalının keçirilməsi əslində hər il təkrarlanan hadisələrdir. Bundan əlavə, gündəmimizdə çeşidli konsert proqramları var. Payızda rəsm sərgiləri təşkil etməyi fikirləşirik. Bunlarla bağlı hazırlıqlarımız davam edir. Ancaq mənim mədəni müstəvidə əlaqələri genişləndirmək hədəflərim daha böyükdür. Xalqlarımızın bir-birinin mədəniyyətini tanıması lazımdır. Mənim dediyim hədəf də budur. Heç şübhəsiz, Türkiyədən Azərbaycana gələcək sənətçilər bu mədəni əlaqələrin daha da dərinləşməsinə töhfə, xalqlarımızın bir-birini tanımasına fürsət verəcəkdir. Bu tədbirləri, həmçinin Türkiyədə də həyata keçirmək lazımdır. Hər iki tərəfin televiziyalarında Türkiyə və Azərbaycanın sənət əsərlərinə və tədbirlərinə geniş yer versək, xalqlarımızı daha çox görüşdürmüş olarıq.
Barıt çəlləyini xatırladan durum
– Cənab səfir, bu sualı verməyə bilmərəm: son vaxtlar Türkiyə terrorla bağlı ciddi tədbirlər həyata keçirib. Bizi də narahat edən terror hadisələri ilə bağlı daha effektiv mübarizənin nəticəsini nə vaxt görə biləcəyik?
– Terrorla mübarizə mövzusunda effektiv nəticəni artıq Türkiyədə hiss etməyə başladıq. Terrorçularla mücadilə mövzusunda ciddi məsafələr qət edildi. Son aylarda bu istiqamətdə əməliyyatlar çox böyük sıxlıqla davam edir. Təbii ki, bu məsələdə Türkiyənin içərisindəki xain təşkilatın çökdürülməsinin də böyük rolu var. FETO dövlətin içində olarkən terrorla mücadilə mövzusunda əlimizi-qolumuzu bağlayacaq tədbirlər görmüşdü. Terrorçulara qarşı hərəkət etməyimizi əngəlləyən işlər görmüşdülər. Hal-hazırda Türkiyə bu yükdən qurtulmuş durumdadır. Allaha şükür ki, Türkiyədə meydana gələn terror hadisələrinin sayında böyük azalma var.
– Türkiyənin sərhədləri yaxınlığında son vaxtlar narahatedici hadisələr baş verməkdədir. İraqla, Suriya ilə bağlı hadisələr bütün bölgəyə təsir göstərir. Ayrıca, Türkiyənin də narahatlığı böyükdür. Bu təhdidlərin qarşısında Türkiyə Cümhuriyyəti hansı addımları atmağı planlayır?
– Türkiyənin çevrəsi barıt çəlləyini xatırladan bir durumdadır. Suriyada, İraqda istiqlal hələ gerçəkləşməyib. İllərdir Suriyada savaş gedir. İraqın hansı gün necə olacağı bəlli deyil. Hər gün yeni bir hadisə ilə qarşılaşırıq. Təbii ki, bu, Türkiyə üçün böyük rahatsızlıq yaradır. Biz Suriyanın tezliklə barışa qovuşmasını istəyirik. Bunun üçün də əlimizdən gələn hər şeyi edirik. Bu istiqamətdə Cenevrə görüşləri var. Eyni zamanda, bu müzakirələr Astanada davam edir. Türkiyə bu müzakirələrə aktiv şəkildə qatılır və hadisələri yaxından təqib edir. Bildiyiniz kimi, biz bu mövzuda İraq və Rusiya ilə də müzakirə içərisindəyik. Biz bu danışıqlarda atəşkəs bölgələrində sakitliyin bərqərar olması ilə bağlı müzakirələr apardıq. Bütün bunlar Türkiyənin güvənliyinə təsir göstərəcək və bizim narahatlıqlarımızı azalda biləcək məsələlərdir. Eyni şəkildə biz İraqda da sülhün bərqərar olması, hökumətin düzəni və ölkə üzərində suverenliyini saxlaması üçün əlimizdən gələni sərf etməkdəyik. Bir müddət əvvəl İraq Kürdüstanında referendumun keçirilməsi gündəmdə idi. Bununla bağlı narazılıqlarımızı da açıqladıq. Bu cür qərarların birtərəfli verilməsinə qarşıyıq. Bu durumun səbəb ola biləcəyi təhlükələrlə bağlı da narahatlıq keçiririk.
“Yaxşı ki, bu məsləyi həyata keçirirəm”
– Bir diplomatın öz ölkəsini başqa bir ölkədə təmsil etməsi üçün lazım olan keyfiyyətlər – peşəkarlıq, taktika, analitik təfəkkür, dil bilgisi, ünsiyyət bacarığı ilə yanaşı daha hansı xüsusiyyətlər lazımdır?
– Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər baxımından söyləyim ki, əsas Azərbaycana sevgi ilə yanaşmaqdır. Və bu işi ürəkdən həyata keçirməkdir. Bu işi həyata keçirdiyimiz zaman bu xüsusiyyətlərlə yanaşı, diplomatik məsləyimizdə ən böyük sevgini almış oluruq. İnsanlar işlərini ləyaqətlə həyata keçirdikcə, işləri ilə bir əsər ortaya qoyduqca, xoşbəxt olurlar. Mən də öz diplomatik fəaliyyətimdə qarşıya məqsəd qoyduğumuz işləri həyata keçirdikcə, hədəflərə çatdıqca, bunlardan zövq alıram. Bunlar bizə «yaxşı ki, bu məsləyi həyata keçirirəm» sözlərini dedirdən məqamlardır. Burada çalışan bütün türk diplomatları Azərbaycana sevgi ilə yaxınlaşıblar. Bu, bizim aramızdakı münasibətlərin özəlliyindən qaynaqlanır. Çünki biz qardaş ölkəyik. İki dövlət, bir millətik. Biz eyni millətə xidmət etməyin həyəcanını yaşayırıq. Əgər işdən zövq almağa geniş mənada yanaşsaq, yenə də Türkiyə ilə çalışdığın hər hansı ölkə arasındakı əlaqələrə yönəlik bənzər tarixlər olacaq. Ancaq burdakı qədər güclü olmayacaq.
– Mən Türkiyənin bir çox bölgələrinə səfər etmişəm. Hər yerdə fərqli tarix, mədəniyyət, adət-ənənənə, yaşam tərzi görmüşəm. Siz necə, Azərbaycanın bölgələrini gəzirsinizmi? Təəssüratlarınız necədir?
– Mən keçən ilin qış aylarında Azərbaycana gəldim. Bu baxımdan hələ çox yerləri gəzə bilməmişəm. Əlbəttə, getdiyim yerlər də oldu. Ancaq bundan əvvəl çalışdığım illərdə Azərbaycanı tamamilə gəzmişdim. Dediyiniz kimi, Türkiyənin hər bölgəsində fərqli-fərqli mədəniyyətlər var. Azərbaycana baxdığımız zaman bu ölkənin də hər bir bölgəsinin, hər bir rayonunun özünəməxsus keçmişi, zənginliyi, mədəniyyəti var. Azərbaycanın hansı guşəsinə gedirsiniz-gedin, bir-birindən fərqli mədəniyyətlərlə qarşılaşırsınız. Məsələn, Şəkinin yeməkləri ilə Lənkəranın yeməkləri bir deyil. Bakının yeməkləri tam fərqlidir. Naxçıvan dediyimiz zaman ağıla tam fərqli şeylər gəlir. Oradakı mədəniyyət Türkiyəyə daha yaxındır. Azərbaycanda gəzdiyim hər yerdə eyni zənginliklə rastlaşıram. «Ən çox qarşılaşdığınız nədir?» – deyə soruşsanız, deyərəm ki, Azərbaycan xalqının Türkiyə sevgisi və qonaqpərvərliyidir. Bizə hər yerdə bu müsafirlik göstərilir və baş tacı edilirik. Bu, çox gözəl duyğudur.
– Bəs bizim musiqimizi dinləyirsinizmi? Muğamlarımızı sevirsinizmi?
– Əlbəttə, muğam musiqinin təməlidir. «Qarabağ şikəstəsi»ni dinlərkən aldığımız həzzi başqa heç nə ilə müqayisə etmək mümkün deyil. Azərbaycan muğamı böyük sənətdir – bunu da bizim tanıtmağımız gərəkdir. Muğam YUNESKO tərəfindən qorunur – bu, dünyanın zənginliyidir. Muğam Azərbaycan mədəniyyətinin bir parçası, eyni zamanda, Azərbaycan mədəniyyəti böyük türk mədəniyyətinin bir parçasıdır. Mən muğamı böyük zövq alaraq dinləyirəm.
Hər günümüz bayram kimi olsun!
– Diplomatın bir iş günü maraqlıdır…
– Diplomatın bir günü digərinə uyğun gəlmir. Hər gün başqa-başqa işlər çıxır. Bu gün yaşadığın bir hadisəni hər gün eynilə yaşamaq mümkün deyil. Məsələn, o gün Nobel mükafatının sahibi Aziz Sancarla görüşdüm. Ertəsi gün onun da qatıldığı bir konfransda iştirak etdim. Daha sonra ciddi görüşlərim oldu. Diplomatın bir günü Azərbaycandakı Türkiyə Səfirliyi üçün bir-birindən çox fərqlidir. Bir-birindən gözəl və zəngin günlər olur.
– Cənab səfir, sizinlə görüşümüz Ramazan ayına təsadüf etdi. Bu müqəddəs günlərdə qarışıq dünyamıza nə diləyə bilərsiniz?
– Başlıcası, dünyamıza dilədiyimiz odur ki, Allah insanlara ağıl və fikir versin. Yəni bir-biri ilə sülh içində yaşasınlar. Çünki bizlər bir-birimizə yaxşı yaxınlaşdıqca, bir-birimiz haqda yaxşı şeylər düşündükcə, insanlıq daha da yaxşılığa doğru gedər. Allah bizi həmişə doğru yola yönəltsin. Ramazanın sonunda bayrama qovuşacağıq. Tanrı hər günümüzü bayram günləri kimi gözəl etsin! Xüsusən müsəlman aləmi bir-birinə arxa-dayaq olsun. Bu il prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda İslam Həmrəyliyi İlidir. Müsəlman olaraq əslində ən çox ehtiyac duyduğumuz şey həmrəylik içində olmağımızdır. Bu il boyunca Azərbaycanda bir çox işlər həyata keçirilir və bunlar bizə nə etməyimizi göstərən gözəl tədbirlərdir. Ancaq bunlar sadəcə təkcə bu il deyil, bundan sonrakı illərdə də davam etsin və bütün İslam dünyasının bir-birimizə sahib çıxmasına, bir arada olmağımıza örnək olsun. Artıq Suriya ilə İraqı savaş halından çıxarmaq lazımdır. Hər iki ölkənin xalqları gözəl günlər yaşamağı haqq edirlər. Hazırda Qətərlə bağlı yaşadığımız sıxıntılar var. Bütün bunların ən yaxın zamanda düzəlməsini və bütün dünyanın insanlarının daha gözəl yaşamasını arzulayıram!
Təranə Məhərrəmova

Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |