Şrift:
Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin iyirmi faizinin işğalı ilə nəticələnmişdir
07.05.2012 [10:51] - Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında vurğulamışdır ki, bu gün Ermənistanın terror risklərindən irəli gələrək, biz əsasən terror hədələrinin tərəfimizdən zərərsizləşdirilməsinə baxmayaraq, bu risk yenə də yüksək olaraq qalır.
Dövlətimizin başçısı demişdir ki, bir sıra terror aktlarının, o cümlədən Azərbaycanın mülki infrastrukturlarına, xüsusən su rezervuarları və bəndlərinə, neft kəmərləri şəbəkəsinə hücum edilməsi kimi əməllərin legitim hərbi taktikası olması ilə bağlı açıq bəyanatlar və fikirlər hələ də müşahidə edilir. Bunlar birmənalı surətdə mülki əhali arasında yüz minlərlə tələfatın olması ilə nəticələnə bilər.
Beynəlxalq terror təşkilatlarının elementlərinin Ermənistanın təhlükəsizlik və müdafiə sektoruna inteqrasiya olunduğunu qeyd edən Prezident İlham Əliyev vurğulamışdır ki, Avropa dəyərlərinə və universal dəyərlərə sadiq olduğunu göstərməyə çalışan ölkə tərəfindən beynəlxalq terror təşkilatlarının üzvlərini qəhrəman kimi qələmə vermək və onlara abidələr ucaltmaq səylərini görmək təəssüf doğurur.
Dövlətimizin başçısı demişdir ki, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin iyirmi faizinin işğalı ilə nəticələnmişdir. Bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarından didərgin salınmışdır. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan təxminən iyirmi il ərzində bu qətnamələrə məhəl qoymur.
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed