07.05.2012 [11:06] - Sağlıq
Uşaqların təxminən üçdə ikisi səhər yeməyi ərzində kifayət həcmdə su içmir. Britaniyanın Şeffild Universitetinin alimlərinin fikrincə, bu, onların orqanizmlərinin susuzlaşmasına gətirib çıxarır. Bu barədə Rusiya KİV-ləri xəbər verir.
Ekspertlər 9-11 yaşlarında 450-dən çox britaniyalı uşağın müayinəsi zamanı əldə olunan nəticələrə əsasən bu qənaətə gəliblər. Məlum olub ki, uşaqların təxminən 60 faizi susuzlaşma mərhələsindədir. Bu zaman alimlər uşaqların səhərlər nə yediklərini və içdiklərini yoxlamaq qərarına gəliblər. Onlar habelə hidrasiya səviyyəsinin əsas göstəricisi olan sidiyin konsentrasiyasını da ölçüblər.
Professor Jerar Fridlenderin fikrincə, səsləndirilən nəticələr son dərəcə narahatlıq doğurur. Uşaqların günün başlanğıcında kifayət qədər maye içməmələri su balansının qorunmasına mane olur. Onlar çox vaxt susuzluğa fikir vermirlər və bununla da susuzlaşmaya daha çox məruz qalırlar.
Yeri gəlmişkən, Fransada və ABŞ-da aparılan oxşar araşdırmalar göstərib ki, uşaqların 62,2 faizindən 64 faizə qədəri lazımi həcmdə su içmədən məktəbə gəlirlər. Bununla yanaşı, Qida məhsullarının təhlükəsizliyi üzrə Avropa İdarəsi 9 yaşından 13 yaşınadək olan oğlan uşaqlarına gündə 2,1 litr, qızlara isə 1,9 litr maye içməyi tövsiyə edir.
Buna baxmayaraq, psixoloqlar uşağı bu həcmdə su içməyə vadar etməyin asan olmadığını qeyd edirlər. Bunun sirri tez-tez az miqdar mayedən istifadə etməkdədir. Məktəbə getməzdən uşaqların mütləq bir stəkan su içmələri, çantalarına isə bir şüşə adi su qoymalarının vacib olduğu qeyd edilir.

Bu xəbər oxucular tərəfindən 1389 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |