Şrift:
Azərbaycanın "Rabitə" klubu dünya çempionu oldu
15.10.2011 [08:58] - Xəbərlər
Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçuların klublararası dünya çempionatı başa çatıb. Azərbaycanın “Rabitə” klubu finalda Türkiyənin “Vakıfbank Günəş TTelekom” klubu ilə qarşılaşıb.

Final qarşılaşmasında qardaş ölkə təmsilçisinin daşını daş üstündə qoymayan “Rabitə” klubu hər 3 setdə qələbə qazanaraq dünya çempionu olub: 25-15, 25-18, 25-8

Qeyd edək ki, “Rabitə” Azərbaycan idmanı tarixində dünya çempionluğunu qazanan ilk klub kimi tarixə düşüb.

3-cü yer uğrunda görüşdə “Sollis Nestle” (Braziliya) və “Mirador” (Dominikan Respublikası) klubları qarşılaşıb. “Sollis Nestle” klubu mundialın bürünc medalını qazanıb.
Bu xəbər oxucular tərəfindən 1703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed