22.06.2017 [10:49] - İslam dini
Bakıda “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı ötən müddətdə Dövlət Komitəsinin fəaliyyəti barədə danışıb. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin mehriban, sərbəst şəkildə yaşadıqlarını vurğulayan M.Qurbanlı ölkədə multukulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirib.
O qeyd edib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir: “Bu sabitliyi qorumaq üçün Komitə QMİ ilə yaxından əməkdaşlıq edir”.
Komitə sədrinin müavini Gündüz İsmayılov qurumun fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. Təqdimatda Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatlar, fotoşəkillər və inkişaf göstəriciləri əks olunub.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib. O vurğulayıb ki, milli-mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan S.Novruzov deyib ki, bu addımlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirən təşəbbüslərdir.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı deyib ki, bu gün İslam həmrəyliyi İslam dünyası üçün çox mühümdür.
Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili və Avropa Yəhudilərinin Bakı dini icmasının sədr əvəzi Aleksandr Şarovski ölkəmizdəki multikultural vəziyyət barədə məlumat veriblər. Çıxışçılar komitənin bu durumun qorunmasında fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra komitənin Fəxri fərmana layiq görülmüş bir qrup əməkdaşına mükafatları təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |