Şrift:
Cəbhə bölgəsində -Mən Şuşanı istəyirəm!- şüarı ilə tədbir keçirilib
07.05.2012 [15:04] - Gündəm, Hərb
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi və Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə Tərtər rayonunda, qoşunların təmas xəttinin yaxınlığında Şuşadan olan məcburi köçkünlərlə görüş keçirilib.

Tədbirdə hər iki təşkilatın rəhbərliyi, Şuşa və Tərtər rayonlarının İcra Hakimiyyətinin nümayəndələri, erməni işğalçılarına qarşı vuruşmuş Şuşa şəhər Polis Şöbəsinin əməkdaşları, Tərtərdə məskunlaşmış şuşalılar və şuşalı məktəb şagirdləri iştirak ediblər. Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsi üzrə deputatı Flora Qasımova da tədbirə qatılaraq öz dəstəyini nümayiş etdirib. "Mən Şuşamı istəyirəm!" şüarı ilə keçirilən tədbirdə Şuşanın azad olunmasını şuşalı məktəb şagirdlərə saxlanılmasının yolverilməz olduğu vurğulanıb. Qeyd olunub ki, tədbirin keçirildiyi yer həm də Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şücaət göstərdiyi əraziyə yaxın məsafədədir. Tədbirin sonunda erməni işğalçılarına qarşı vuruşmuş şuşalı polislərə hədiyyələr verilib.
Bu xəbər oxucular tərəfindən 1344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed