Şrift:
Təbrizin millət vəkili təhsil ocaqlarında türk dilinin tədrisini tələb edib
07.05.2012 [15:25] - Güney Azərbaycan-Təbriz
Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili Anayasanın 15 və 19-cu əsllərini dəyərləndirib.Məhəmməd İsmail Səidi türk dilinin Azərbaycan məktəblərində tədris edilməsini xalqın tələbi kimi qiymətləndirib və bildirib ki, bu tələb dövlət rəhbərləri və millət vəkillərinin diqqət mərkəzində olmalıdır.Səidi vurğulayıb: “Dövlət və səlahiyyətli məsullar bilməlidirlər ki, əgər türk dili məktəb və universitetlərdə tədris olunacaqsa, onda türk dilinə rəğbət və impuls da yaradılmalıdır. Səidi İranda türk dili ilə bağlı mənbələrin yetirsiz olduğunu bildirib və onların genişləndirilməsi üçün səlahiyyətli orqanlardan yardım tələb edib.
O vurğulayıb ki, bu kimi məsələlərdə siyasi oyunlara gedilməməli və xalqın mənafei əsas götürülməlidir.
Bu xəbər oxucular tərəfindən 1329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed