08.05.2012 [11:59] - Güney Azərbaycan xəbərləri
İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandirlərindən olan Möhsün Kazimi mayın 7-də jurnalistlərə paytaxt Tehranda bir neçə terror və intihar əməliyyatını zərərsizləşdirdiklərini bildirib.Möhsün Kazimi deyib ki, “Sepah” qüvvələri Novruz bayramı günlərində paytaxtın gur yerlərində həyata keçirilməsi nəzərdə tutulan terror və intihar əməliyyatlarının qarşısını ala bilib: “Sepah”ın ETTELAAT bölməsinin qüvvələri hələ Novruz bayramından qabaq terrorçu qruplaşmaların fəaliyyəti üzərində iş apararaq onların qarşısını vaxtında ala bilib. Həmin terrorçu qruplar Tehranda partlayışlar törətməyi planlaşdırmışdılar”.
Möhsün Kazimi saxladıqları həmin şəxslərin kimliyi və təfərrüatlar haqda açıqlama verməyib.
Möhsün Kazimi saxladıqları həmin şəxslərin kimliyi və təfərrüatlar haqda açıqlama verməyib.
Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |