29.06.2017 [11:09] - Xəbərlər, DAVAMın yazıları
Bakı neftxudalarından biri olan Şəmsi Əsədullayev Əmircan kəndindəndir; ata-babadan onlar da rəncbər və arabaçı olublar. Suraxanıda buğda və arpa əkirlərmiş. Biçindən sonra arabaçılıq edər, yük daşıyıb kirə alarlarmış. Dəmir yolu olmayanda, onlar da araba karvanı ilə Tiflisə, oradan da Bakıya kirayə mal daşıyarlarmış.
Manaf Süleymanov yazır ki, o da digər milyonçular kimi neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanması düzəldir. Şəhərin mərkəzində əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadların biri Gimnaziya küçəsinə, digəri Karantin küçəsinə baxan əzəmətli bina tikdirir. Başqa binaları da vardı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona mane olardı.
Oktyabr ayının axırlarında Volqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də, xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurar, yazda naviqasiya açılanda daşıtdırardı Rusiyaya.
Şəmsinin Bakıda bir müsəlman, Moskvada isə Mariya Pavlovna adlı rus arvadı, birinci arvaddan iki oğlu və qızları vardı. Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyi ilə bağlı qapılar Şəmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər.
Böyük oğlu və müsəlman arvadı Mariyaya görə dava-şava salır, yola getmirdilər, Şəmsi qış aylarını, adətən, çox vaxt Moskva və Peterburqda yaşayar, tacirlərlə müqavilələr bağlayar, Novruz qabağı Bakıya qayıdar, satdığı nefti müştərilərə yola salardı; Mərdəkandakı yaraşıqlı malikanəsində yaşayar, qohum-əqraba, dost-aşna ilə gününü eyş-işrətdə keçirdərdi; o gün olmazdı ki, əzəmətli binanın orta günbəzi üstündəki mildə ştandart yellənib dörd bir tərəfə ziyafət məclisinin davam etdiyi xəbərini verməsin.
Qocaman buruq ustası, əmək veteranı Mövsüm kişi nəql edirdi ki, yazın əvvəli idi. Novruz bayramından bir az keçmişdi, qohumum Murtuz Muxtarovun bağında idim; əlimdə bel bağçada gülləri sulayırdım, qəfəslərdəki min bir avazla oxuyan quşlara dən, ceyran və marallara yem verirdim. Quşlar da, heyvanlar da, çiçəklər də elə bil baharı salamlayırdı. Nökər yaxınlaşıb dedi ki, Murtuz ağa sizi çağırır. Getdim. Murtuz şüşəbənd eyvanda oturmuşdu; məni görəndə dedi: “Oğul, Ağa Şəmsi Məskodan qayıdıb, bağdadır. Get malakeş usta Məsməliyə xəbər ver, axşamüstü gəlsin, gedək Ağa Şəmsiyə baş çəkək. Usta Məsməli söhbətcil kişidir, xoşməcazdır. Şirin danışır”. Axşamüstü getdik Şəmsinin bağına. Nərd oynayırdı. Mehriban-mehriban görüşdük. Başladı təzədən nərd atmağa. Qaşqabağı yerlə gedirdi.
Gödək-boy, gombul, tüklü bir kişi idi. Bizə çay gətirdilər. Birdən uzaqda paroxod fit verdi. Malakeş Məsməli dedi: “Ağa Şəmsi, paraxodundur a, fit verir, elə bil səni haylayır. Fiti min gəminin fitinin içindən seçilir. Böyük oğlun, bala xozeynin adınadur a...”.
Kiçik bir haşiyə: deyilənlərə görə, Şəmsi gəmilərin fitinə yaman aşıq imiş, bütün gəmi və barkazlarındakı sirenaları xüsusi sifarişlə qayıtdırarmış. Bir dəfə köhnə gəmisini satırmış. Müştəri deyir ki, gəmi çox köhnədir. Şəmsi cavab verir ki, köhnəliyinə nə baxırsan, sən onun fitinə qulaq as, yeddi diyarda eşidilir.
Malakeş Məsməlinin sözündən Şəmsinin rəngi qaçdı, papağını peysərinə itələyib, yerindən sıçrayıb qalxdı. Hirsli-hirsli qışqırdı: “O paroxod, indi mənimki döyül, borclu olduğum adamlarınkıdır. Pul yiyələrininkidir”, - papağını götürüb, zərblə yerə çırpdı, başladı böyük oğlunu söyməyə, qarğışlamağa – “Ay oğul, səni görüm zəlil olasan, ananla bir gora basdırım, məni xəcil elədüz, müflis elədüz!”.
Boğazı tutuldu, su verdik, oturdub başladıq təsəlli verməyə. Şəmsi sakit olmurdu, Muxtarova baxıb dedi: “Ağa Murtuz, bax gör, böyük oğlum, dəyyus, başıma nə mərəkə açıb. Hər il payızın axırlarında müştəri tacirlərlə daqavor bağlayıb, neft satıram. Bakıya pravlyaşiyə tel vururam ki, bu qədər ucuz qiymətə neft al xırda sahibkarlardan, vur anbarlara; yazda yollayım müştərilərə. Bu il vurduğum tel gəlirura cümə günü çatır, pravlyaşi olmur kontorda. Aparıb verirlər Mirzə başıbatmışa. O da teli oxuyur, anasınnan söz bir olub gizlədirlər. Allah canını almış, mənim gəlməyimdən bir həftə qabaq anasını götürüb, Xorasan ziyarətinə aparıb ki, üz-üzə gəlməyək. Gəlib pravlyaşiyə tapşırıram ki, aldığım nefti yavaş-yavaş paraxodlara vur, yerit Urusiyyətə, müştərilər intizardadır. Deyir ki, siz payızda sərəncam vermədiniz, mən də icazəsiz cürət edib, neft almadım. Soruşuram, necə yəni, tel vurmamışam? Deyir mən almamışam. Çatmayıb mənə. Poçtu yoxladıq, məlum oldu ki, başı batmış Mirzənin əlinə düşüb. O da arvadımla müxənnət çıxıblar, əlbir olublar, Moskvadakı arvad üstündə, Mariyaya görə ana-bala başıma belə oyun açıb, məni xar elədilər”. - Birdən başladı hirsindən ağlamağa. – “İndi yaz gəlib, neft bahalanıb, gərək özüm iki-üç dəfə baha qiymətə Bakıdan aldığım nefti öz xərcimlə daşıtdırım Urusiyyətin uzaq şəhərlərinə, Allah Əkbərin qurtaran yerinə, qəbalə bağladığım tacirlərə ucuz satım. Yol pulu da məndən. Gəmilərin çoxunu satmışam, zavodu satmışam, Ramanadakı mədəni satmışam... Müflisəm, müflis... Əlimdə qalan bu bağdı, şəhərdəki mülklərimdir, bir də ki, Suraxanıdakı xırman yeri... Bunlar da tezliklə satılar, əlimdən çıxar. Canım çıxsa yaxşıdır” deyib, qəzəblə özünü yerə çırpdı, ürəyi getdi. Otaqda olanlar birtəhər onu ayıldıb, təsəlli verdilər: “Allah kərimdir, əlamanda qoymaz səni...”.
Musa Nağıyevin qızı Ümülbəni Şəmsinin gəlini böyük oğlunun arvadı idi. Musa dar gündə qudasının dadına çatıb, iflas olmaqdan xilas edir. Rusiyadakı müştərilərə neft göndərir, qoymur şəhərdəki mülkü, bağı və Suraxanıdakı Xırman yerini satsın. Fətulla bəy Rüstəmovun məsləhətilə Suraxanıda Xırman yerində Musanın puluna buruq qurdurub, quyu qazdırır. Çox keçmir quyu elə bir fontan vurur ki, ətraf neft dənizinə dönür; özü də xalis Suraxanı nefti, benzinə bərabər. Müştərilər göydə götürürdülər. Gündəlik hasilat on min tondan çox idi. O quyu, məşhur fontan vuran quyularla bərabər Bakı neft-qazma tarixinə daxil edilib, olduğu yerdə xatirə daşı basdırılıb, xüsusi nişana qoyulubdur.

Bu xəbər oxucular tərəfindən 1326 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |