Şrift:
Ərdoğan: Türkiyə 1915-ci il hadisələri ilə bağlı arxivləri açmağa hazırdır
08.05.2012 [14:07] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Sloveniyaya rəsmi səfəri zamanı keçirdiyi görüşdə Ankaranın 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərini açmağa hazır olduğunu bildirib.
Bu barədə bazar ertəsi Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.
"Biz 1915-ci il hadisələrinin araşdırılması üçün öz arxivlərimizi açmağa hazırıq. Hazırda arxivlərimizdə 1500-dən çox sənəd var" - Ərdoğan qeyd edib.
Baş nazir onu da bildirib ki, Türkiyədən fəqrli olaraq, Ermənistan öz tarixi ilə üzləşməkdən çəkinir.
"Türkiyənin qondarma "erməni soyqırımı"nı qəbul etmədikcə Aİ-yə üzv olmayacağı barədə söylənilən fikirlər tamamilə əsassızdır və tarix parlamentlərdə deyil, tarixçilər tərəfindən müzakirə olunmalıdır", - Ərdoğan deyib.
Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed