30.06.2017 [10:34] - Sağlıq
Yeni tədqiqat müəlliflərinin gəldikləri qənaətə görə, plastik butulkalardan dəfələrlə istifadə edən insan təhlükəli bakteriya və kimyəvi birləşmələrin təsirinə məruz qalır. Mütəxəssislər idmançıların bir həftə ərzində istifadə etdikləri su butulkalarını tədqiq ediblər.
Butulkalarda bakteriyaların miqdarı maksimum həddi keçib (hər kvadrat santimetrə 900 mindən çox koloniya yaradan vahid). Butulkalarda aşkar edilən mikroorqanizmlərin 60 faizi insanların sağlamlığı üçün təhlükəli olub.
Butulkaların hazırlandığı plastik kütlənin tərkibində bisfenol-A da ola bilər. Mütəxəssislərin çoxu əmindir ki, bu birləşmə sağlamlıq üçün təhlükəlidir, çünki hormonal fona təsir etməyə qadirdir. Tədqiqatçılar bu qənaətə gəliblər ki, plastik butulkalardan bir neçə dəfə istifadə etmək olmaz.

Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |