08.05.2012 [14:47] - Gündəm, Hadisə
Zaqatalada zəlzələ nəticəsində evləri dağılmış sakinlər üçün yeni evlərin tikintisinə başlanacaq.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, mayın 7-də Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonundan 17 km cənub-qərbdə episentrdəki gücü 7 bal olan zəlzələ ilə əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri hadisə bölgəsində fəaliyyət göstərir.
Mayın 8-də səhər saatlarından fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yenidən hadisə zonasına gəlib və yerli icra nümayəndələri ilə birgə zəlzələ bölgəsinə təkrar baxış keçirib.
Hazırda mütəxəssislərdən ibarət qruplar yerlərdə vəziyyətin öyrənilməsinə başlayıb.
Yaranmış vəziyyətin nəticələrinin qısa müddətə aradan qaldırılması məqsədi ilə eyni zamanda bölgəyə tikinti şirkətləri cəlb edilib.
Tikililərin vəziyyəti qiymətləndirildikcə yaxın 2-3 gün ərzində yeni evlərin tikintisinə və bərpa-gücləndirmə işlərinə başlanacaq.
Hazırda ehtiyacı olanlar üçün 500-ə yaxın çadır qurulub. Təxminən daha 1000 çadırın qurulması nəzərdə tutulub.
Zaqatala, Balakən və Qax rayonlarında Fövqəladə Hallar Nazirliyinin operativ qərargahları yaradılıb. Qərargahlara daxil olan müraciətlərə dərhal reaksiya verilir. Müraciət üçün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə və ya yerlərdə fəaliyyət göstərən qərargahlara zəng etmək olar.
Zaqatala rayonundakı qərargah: (012) 512 90 14, 512 90 08
Balakən rayonundakı qərargah: (0119) 5 12 19
Qax rayonundakı qərargah: (0144) 5 41 41

Bu xəbər oxucular tərəfindən 1473 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |