01.07.2017 [10:44] - Gündəm, İslam dini
“Quran tərcüməsindən öncə üzərində işlədiyim bəzi mövzular var. Buna baxmayaraq tərcümə prosesi hazırda davam edir”.
Bu sözləri açıqlamasında Quranı yeni varinatda tərcümə edən ilahiyyatçı Elşad Miri bildirib.
Onun sözlərinə görə Quran kitabını tərcümə edən zaman müəyyən çətinliklərlə qarşılaşmaq qaçılmazdır:
"Quran kitabının tərcüməsi həqiqətən uzun çəkən prosesdir. Bundan əvvəl bəzi mövzular üzərində işləyirəm. Bu yaxınlarda, hardasa bir aya kimi “İslamda yox, Quranda” adlı kitabımın birinci cildi çıxacaq. Məhəmməd peyğəmbərin həyatı ilə bağlı, “Ateistlərə cavab”, “Qurana giriş” mövzuları bitdikdən sonrakı mərhələdə artıq Quranın tam tərcüməsi olacaq.
Hazırda iş gedir. Sadəcə olaraq bəzən elə olub ki, xırda bir surə üç ay vaxtımı alıb. Hətta o surələri düzgün anlamaqdan ötrü surədə qeyd olunan məkanları bir-bir ziyarət etmişəm. Həmin yerə getmək üçün proqram hazırlamaq, viza almaq, gedib-gəlmək həqiqətən uzun çəkən prosesdir. Məqsədim yerində araşdırıb yazmaqdır, masa başında oturmaq yox.
Bəzən elə sözlər olur ki, onu lüğətdə tapa bilmirsən və müxtəlif lüğətlər axtarmalı olursan. Bu zaman da məlum olur ki, həmin lüğətlər peyğəmbərdən beş əsr sonra yazılıb. Ərəblərdən nələrsə soruşmaq olardı. Lakin bu günkü ərəblər sözləri elə indiki mənada başa düşür. Yəni bəzən sözlərin həmin dövrdə hansı mənada işləndiyi bilinmir. Məsələn, 20-30 il əvvəl insanlara “mouse” desəydin, bunu siçan kimi başa düşərdi. Amma bu gün həmin söz həm də kompüterdə istifadə olunan əsas anlayışlardan biridir. Bu cür yanaşmalar var”.
Elşad Miri tərcümə zamanı bəzi məsələlərin öhdəsindən təkbaşına gəlmək mümkün olmadığını qeyd edib:
“Bu sahənin mütəxəssisləri ilə müakirələrimiz olub. Təbii ki, Azərbaycanda yox, kənarda Quran kitabını tərcümə edənlərlə danışmışıq. Məsələn, onlardan biri ilə yeddi saatlıq yolda bir ayəni müzakirə etmişik. Həmin şəxs mənim tərcüməmin maraqlı olduğunu, məsələni araşdırıb bir nəticəyə gələcəyini və hətta Quranın yeni nəşrlərini fərqli şəkildə təqdim edəcəyini bildirmişdi.
Bundan başqa böyük bir alimlə qadının döyülmə məsələsini müzakirə etdik. 8 il əvvəl yazdığım və Birləşmiş Millərlər Təşkilatının (BMT) çap etdiyi kitabımda qadının döyülməməli olduğunu qeyd etmişdim. Həmin alim mövzu ilə əlaqədar səhv yolda olduğumu bildirdi. Amma 2016-cı ildə o alim kitabında öz dediklərini inkar etdi və məsələnin düzgün versiyasını qeyd etdi”.
İlahiyyatçı bildirib ki, Azərbaycanda hər hansı Quran tərcüməsindən söz açmaq real deyil və tərcüməçilərin heç biri onu qane etmir.
Günay RƏSULQIZI / Moderator.az

Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |