08.05.2012 [15:07] - Gündəm
Bakıda mobil telefonların IMEI kodlarına (istehsalçı tərəfindən verilən mobil telefonun kodu) nəzarət məntəqələri təşkil ediləcək. Bu barədə çərşənbə axşamı "Caspian Mobile" şirkətinin baş direktoru İlyas Əhmədov bildirib.
Layihə konsorsium çərçivəsində həyata keçirilir. Konsorsiuma "Caspian Mobile", "Integral", "Mobitel" və "United telecom" şirkətləri daxildir.
Əhmədovun sözlərinə görə, layihənin iyulda pilot şəklində reallaşdırılması gözlənilir, artıq sentyabrdan isə qeydiyyat sistemi tamfunksionallı olacaq.
"Nəzarət məntəqələrinin diler mağazalarında fəaliyyət göstərməsi nəzərdə tutulub ki, bu da telefonu itirən zaman vətəndaşın müraciət prosedurunu sadələşdirəcək. Hazırda bunun üçün polisə müraciət etmək və bir sıra instansiyalarda müəyyən prosedurlardan keçmək lazımdır. Bu məntəqələr isə mərkəzləşdirilmiş qaydada bütün zəruri sənədləri qəbul edəcək və operatorla əlaqə saxlandıqdan sonra telefon şəbəkədə olarsa, onun yerləşdiyi yeri müəyyən etmək mümkün olacaq" , - Əhmədov qeyd edib.
Məntəqələr vasitəsilə mobil telefonun IMEI-kodunu reyestrdəki məlumat ilə tutuşdurmaq da mümkün olacaq.
IMEI-kodların yoxlanması üçün ümumiləşdirilmiş məlumat bazasına çıxış ya istənilən mobil operatorun qısa nömrəsinə SMS məlumat göndərmək yolu ilə, ya da məlumata çıxış olan internet-resurs vasitəsilə həyata keçiriləcək.
Məlumat bazasının formalaşdırılmasından sonra ümumiləşdirilmiş bazada IMEI-kodun mövcudluğunun yoxlanılması mobil telefonun satın alınması zamanı məcburi prosedur olacaq.

Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |