Şrift:
İran yenə Azərbaycanı hədələdi
08.05.2012 [16:13] - Güney Azərbaycan xəbərləri
Mayın 8-də jurnalistlərə açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst hazırda İraqda olan müxalif İran Xalq Mücahidləri Təşkilatı qüvvələrinin qonşu ölkələrdə yerləşdirilməsi ehtimalına münasibət bildirib. Ramin Mehmanpərəst jurnalistlərdən birinin İran Xalq Mücahidləri qüvvələrinin Azərbaycan Respublikasında yerləşdirilməsi ehtimalı və Tehranın buna necə reaksiya verəcəyi haqda sualını belə cavablandırıb: “Bizim münafiqlərlə bağlı mövqeyimiz aydındır. Bu qruplaşma xalqımıza və rəsmilərimizə qarşı 16 min terror aktı törədib. Onlar İraqda da çoxlu cinayət törədiblər. Biz onların hansısa Amerika-sionist planı əsasında bölgə ölkələrində yerləşdirilməsinə həssasıq və buna kəskin reaksiya verəcəyik. Qonşu ölkələrdən gözlədiyimiz odur ki, bizim bu həssaslığımızı nəzərə alsınlar və İranın onlarla olan yaxşı əlaqələrinə xələl gətirməsinlər”.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed