03.07.2017 [11:54] - Gündəm, Hüquq
Yaxın vaxtlarda amnistiya veriləcəyi gözlənilmir.
Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev amnistiya gözləntilərinə aydınlıq gətirərkən deyib.
O, amnistiya aktının ötən il tətbiq olunduğunu xatıladıb:
“Novruz baramında əfv sərəncamı verildiyini, 2016-cı ilin mayında amnistiya tətbiq olunduğunu nəzərə alsaq, yeni bir aministiya veriləcəyi gözlənilmir”.
Növbəti amnistiya aktının tətbiqinə gəlincə, Komissiya üzvü bunları bildirib:
“2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi və mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində amnistiya verilə bilər. Hər halda indidən qəti fikir söyləmək çox tezdir. Amma əminliklə deyə bilərəm ki, bu ilin sonuna qədər amnistiya tətbiqini real hesab etmirəm”.
Xatırladaq ki, ötən il Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın təşəbbüsü ilə "28 May” - Respublika günü münasibətilə amnistiya elan edilib. Amnistiya qərarı ümumilikdə 10868 nəfərə şamil olunub. Amnisitiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad edilməsi qərara alınıb.
Gülşən RAUFQIZI

Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |