04.07.2017 [10:30] - Borçalı
Gürcüstanın Qardabani rayonundakı Azərbaycandilli məktəblərin problemləri müzakirə olunub.
İyulun 3-də Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda Azərbaycandilli məktəblərin müəllimləri ilə görüşüb.
Gürcüstanın Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə keçirilən görüşdə məktəblərin sosial və maddi-texniki bazasının gücləndirilməsi, təmiri, yeni idman zallarının, kompyuter otaqlarının, ayrı-ayrı fənn kabinetlərinin açılması, dərslik, məktəblərdə Azərbaycan dili və ədəbiyyatı, tarix və digər kitabların çatışmazlığı, Azərbaycandilli məktəblərdə bəzi fənlər üzrə dərs saatlarının azaldılmasının yaratdığı problemlər, kadrların çatışmazlığı, müəllimləri narahat edən digər məsələlər müzakirə olunub.
Deputat Savalan Mirzəyev “Report”un Gürcüstan bürosuna bildirib ki, görüşdə məktəb direktorlarının, müəllimlərin qaldırdıqları məsələlər həqiqətən də narahatlıq doğurur: “Biz pedaqoji kollektivi dinlədik və məsələni parlamentin təhsil komitəsində, Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə müzakirə edəcəyik. Çalışacağıq ki, müəllimləri narahat edən problemlər və görüşdə qaldırılan bütün məsələlər müsbət həllini tapsın”.
Deputat bildirib ki, bu cür görüşlər mütəmadi keçiriləcək və təhsil işçiləri ilə qanunverici orqan arasında əlaqələr bundan sonra daha yüksək səviyyədə inkişaf edəcək.
“Hər bir xalqın, ölkənin inkişafında elmin, təhsilin böyük rolu var. Savadlı nəsil, sağlam, parlaq gələcək deməkdir. Ona görə də çalışacağıq ki, gənclərimiz sağlam və savadlı olsunlar”, - deyə S.Mirzəyev vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |