Şrift:
Bakıda keçirilən XII Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroentologiya konfransı davam edir
15.10.2011 [11:13] - Sağlıq
Bakıda keçirilən XII Beynəlxalq Avrasiya Cərrahiyyə və Qastroentologiya konfransı bu işini davam etdirib.

26 ölkədən 100-dən çox qastroentoloq və cərrahın toplaşdığı konfransın bölmələr üzrə davam etdirilən seminarlarında Almaniya, Çexiya, ABŞ, Rusiya, Argentina, Gürcüstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, İran və Azərbaycandan olan mütəxəssislər çıxış ediblər.

Cərrahlar mühazirələrində “Patoloji piylənmənin müalicəsində manjetli qastroktomiya və onun ağırlaşmaları”, “Pankreas xərçənginin müalicəsində cərrahi radikalizm və həyat keyfiyyəti”, “Pankreas xərçənginin cərrahi müalicəsində nailiyyətlər”, “Saccharomyces boulardii - yenidən kəşf edilmiş probiotik kimi”, “Kolorektal xərçəngdə və çənbər bağırsağın şiş önü xəstəliklərində genetik dəyişikliklər”, “Mədəaltı vəzi xəstəliklərinin qiymətləndirilməsində və müalicəsində endoskopik ultrasəs”, “Dərin venaların trombozu və profilaktikası” və digər mühüm istiqamətlər üzrə danışıblar.

Çıxış edənlər tibb elminin bununla bağlı uğurları haqda məlumat verərək, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, oktyabrın 13-16 tarixlərində keçiriləcək konfrans Azərbaycan Tibb Universiteti, Avrasiya Qastroentoloji Dərnəyi, Səhiyyə Nazirliyi, Azərbaycan Cərrah və Qastroenteloqların Assosiasiyası, M. Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin dəstəyi ilə baş tutub.
Bu xəbər oxucular tərəfindən 1463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed