07.07.2017 [15:59] - Gündəm, Diaspor
Gürcüstanın ali təhsil ocaqlarında oxuyan bir qrup azərbaycanlı tələbə və fəal gənclər Ermənsitan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində törətdiyi təxribatlar, xüsusilə də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc insanların - qadın və uşağın öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycanlı tələbə-gənclər metronun "Marcanaşvili" stansiyasının qarşısından Ermənistanın Tbilisidəki səfirliyinə qədər yürüş ediblər. Onlar "Qafqazda sülh olsun!", "Ermənistan, işğalçılıq siyasətinə son qoy!", "Azərbaycanın və Gürcüstanın torpaqları azad edilsin!", "Regionda sülh, dünyada sülh!" şüarları səsləndiriblər. Azərbaycanlı tələbələrin etiraz bəyanatı Ermənistan səfirliyinə təqdim olunub.
Sonra aksiya ATƏT-in Tbilisidəki regional ofisinin qarşısında davam edib. Gənclər numayəndəliyə də etiraz bəyanatı təqdim ediblər.
Aksiyada iştirak edən Lali Natidze bildirib ki, gürcü ictimaiyyəti də bu cür vəhşiliklərə biganə qala bilmir: "Ona gorə də gürcülər də bu aksiyaya qoşulub və azərbaycanlıların haqq səsini müdafiə edirlər".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |