Şrift:
Gürcüstanda qədim Telavi şəhərinin qalıqları tapılıb
10.07.2017 [10:31] - Borçalı
Gürcüstanın Telavi şəhəri yaxınlığında IX-X əsrlərə aid şəhərin qalıqları tapılıb.
Bu barədə Telavi arxeoloji ekspedisiyasının rəhbəri Nika Tuşabramişvili məlumat verib.
Onun sözlərinə görə, yazılı məlumatlara əsasən ilk Telavi şəhəri hələ II əsrdə mövcud olub. Amma bu günədək qədim şəhərin dəqiq yerini tapmaq mümkün olmamışdı.
“Bütün məsuliyyətimlə deyə bilərəm ki, tapdığımız şəhər IX-X əsrdə mövcud olmuş qədim Telavi şəhərinin qalıqlarıdır”, –deyə, arxeoloq vurğulayıb.
Qazıntı işləri zamanı keramika, silah, mürəkkəb qabları, kuzə və digər əşyalar tapılıb.
Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed