10.07.2017 [10:48] - Sağlıq
“Azərbaycanda dövlət səhiyyəsi ləğv olunmayacaq”
Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov ilkin mərəhələdə rayon mərkəzi xəstəxanalarının, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, Respublika Talassemiya Mərkəzinin və bir neçə poliklinikanın publik hüquqi şəxs statusu alacağını açıqlayıb. O qeyd edib ki, sonrakı mərhələdə Kliniki Tibbi Mərkəz, Bakı Sağlamlıq Mərkəzi kimi iri tibb müəssisələri də publik hüquqi şəxs statusu alacaq. Əksəriyyət bunu dövlət səhiyyə idarələrinin Səhiyyə Nazirliyinin nəzarətindən çıxarılması kimi qiymətləndirib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyi ki, Azərbaycanda dövlət səhiyyəsi həmişə qalacaq:
“Konstitusiyamıza görə Azərbaycan dövləti əhaliyə göstərilən tibbi xidmətləri və tibbi yardımı öz üzərinə götürür. Dövlət bu hüququ öz vətəndaşına verir. Ola bilər ki, bəzi böyük səhiyyə idarələri publik hüquqi şəxsə çevrilər. Bu iadrəatmə formasının dəyişməsinə gətirib çıxaracaq. Səhiyyə idarəsi publik hüquqi şəxsə çevriləndə belə, bu və ya digər şəkildə Səhiyyə Nazirliyilə bağlılığı qalacaq”.
Parlament üzvü bildirib ki, dövlət səhiyyə sisteminin özəl sistemə keçirilməsi, yaxud dövlətdə səhiyyə xidmətlərinin ləğv olunması barədə fikirlərin heç bir əsası yoxdur:
“Azərbaycanda icbari tibbi sığorta geniş tətbiq olunanda səhiyyə sisteminin idarə olunmasının Səhiyyə Nazirliyindən asılılığı azalacaq. Yəni idarəetmə forması dəyişəcək, nazirlik səhiyyə siyasətini və metodiki köməkliyi icra edəcək. Qalan təşkilati və kadr məsələləri, səhiyyənin inkişafı, hər hansı klinikanın böyüdülməsi, avadanlıq alınması kimi işlər müəssisənin özü tərəfindən həyata keçiriləcək. Amma bu, icbari tibbi sığorta tam oturuşandan sonra reallaşacaq”.
M.Quliyev deyib ki, Azərbaycanda dövlət səhiyyəsilə yanaşı, bələdiyyə səhiyyəsi də inkişaf etdirilməlidir:
“Yaxşı olardı ki, bələdiyyələrin poliklinikaları, klinikaları, xəstəxanları olsun. Bu, əhaliyə göstərilən tibbi xidmət yükünün bir hissəsinin bələdiyyələrin üzərinə qoyulması şəklində baş verə bilər. Təəssüf ki, hələlik bələdiyyələrin bu imkanları yoxdur. Gələcəkdə yəqin ki, bu istiqamətdə də addımlar atılacaq. Hazırda dövlətin əsas hədəfi icbari tibbi sığortanın ölkədə tətbiqi, inkişafı, əhalinin tibbi xidmətlərinə çəkilən xərcin işəgötürən, vətəndaş və dövlət arasında paylanmasını təmin etməkdir”.
Gülşən RAUFQIZI

Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |