11.07.2017 [10:50] - Xəbərlər, Siyasət, İslam dini
Elçibəy və Ərbakan bir arada.
Çağdaş Türkiyə siyasətinin əfsanəvi isimlərindən, dövrün Rifah Partiyasının sədri, mərhum Nəciməddn Ərbakan 1992-ci ilə böyük bir heyətlə Bakıya gəlir. Ərbakan və heyəti Bakıda Azərbaycan prezidenti Əbülfəz Elçibəy tərəfindən qəbul edilir.
Azərbaycan-Türkiyə münasibətlərinin, bütövlükdə İslam dünyasının problemlərinin açıq şəkildə müzakirə edildiyi görüşdə Ərbakanın yanında – müavini Rəcəb Tayyib Ərdoğan əyləşib (Açıq mavi rəngli kostyumda).
Uzun sürən, bütün mətləblərin açıq danışıldığı görüşün sonunda heyətin adından Əbülfəz Elçibəyə hədiyyələrin verilməsinə keçilir. Bu zaman Ərbakan yanında oturan müavininə – Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana işarə edir. Ərdoğan Elçibəy üçün məxsusi olaraq gətirilmiş hədiyyələri təqdim edir. Hədiyyələrdən birinin “Qurani-Kərim” olduğu anlaşılır.
Həmin anları özündə əks etdirən video kadrı təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 1806 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |