Şrift:
Dövlət başçısı "Hacı Cavad" məscidinin yeni binasının tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib
13.07.2017 [10:16] - İslam dini
Nazirlər Kabinetinin bu gün keçirilən iclasında Prezident İlham Əliyev Bakıda yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı işlərin davam etdirildiyini deyib.
O, "Sovetski" adlanan ərazidə yeni parkların salınacağını, abadlıq işlərinin görüləcəyini bildirib.
Dövlət başçısı "Hacı Cavad" məscidinin yeni binasının tikintisinin sürətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidi üçün həmin rayonda yeni bina tikilir.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed