11.05.2012 [12:14] - Gündəm, Sosial
Ermənistanda demoqrafik böhran hökm sürür. Bu ilin birinci rübündə ölkədə 9569 uşaq doğulmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə doğum halları 5, 7 faiz azalmışdır. Mütəxəssislər bu vəziyyəti dövlət rəsmlərinin Ermənistanda həyat şəraitinin “getdikcə yaxşılaşması” barədə beynəlxalq aləmə car çəkmələrinə baxmayaraq, əhalinin sosial durumunun getdikcə pisləşməsi ilə əlaqələndirirlər.
Ermənistanda doğumun azalması ilə yanaşı, əhali arasında ölüm hallarının sayının artdığı müşahidə edilməkdədir. Birinci rübdə ölüm halları son on illə müqayisədə xeyli artmışdır. Məhz bu dövrdə 7953 nəfər dünyasını dəyişmişdir. Baş verən intihar hadisələri ölüm hallarının artmasında əsas göstəricidir.
Ermənistanın Səhiyyə Nazirliyi və statistika idarəsi yeni doğulmuş uşaqların 19 faizinin beş yaşına qədər doyunca qidalanmadıqlarından normal inkişaf etmədiyini, 15 faizinin isə xəstə doğulduğunu bildirmişlər. Acınacaqlı haldır ki, ölkədə sosial durumun ağırlığı yeni doğulan körpələrin küçəyə atılması hallarının çoxalmasına səbəb olmuşdur.

Bu xəbər oxucular tərəfindən 1448 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |