Şrift:
Min dərdin MUSİQİLİ DƏRMANI
14.07.2017 [11:20] - Sağlıq, Mədəniyyət
Çox qədim zamanlardan misirlilər və yunanlar səsin gücü ilə bir çox xəstəlikləri müalicə ediblər. Mütəxəssislər sübut ediblər ki, səsin möcüzəvi təsiri ilə təkcə insanın əhvalına deyil, həm də orqanizmin bioloji fəaliyyətinə təsir etmək mümkündür.

Mövzu ilə bağlı yazını təqdim edir.

Səsin müalicəvi xüsusiyyətləri ilə bağlı müasir dövrdə aparılan araşdırmalar qədim şərq təbabətinin səs müalicəsi üsulları ilə tam üst-üstə düşür və səs terapeyası adlandırılaraq geniş tətbiq olunur. Burada ayrı-ayrı musiqi alətlərinin səslərinin orqanizmə təsiri ilə bağlı aparılan tədqiqatların nəticələri olduqca maraqlıdır.

Simli musiqi alətlərinin səsi ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Mütəxəssislər tövsiyə edirlər ki, bu alətlərin səsinə günortaya yaxın 11-13 radələrində qulaq asmaq daha effektlidir.

Dilli (klavişli) musiqi alətlərinin səsi mədə və bağırsaqlar üçün faydalıdır. Xüsusilə səhərlər 7-9 radələrində bu alətlərin səsinə qulaq asmaq daha müsbət nəticə verir.

Böyrəklərində problem olanlara axşamüstü 17-19 radələrində saksafonun səsinə qulaq asmaq məsləhət görülür.

Qaraciyərinin daha sağlam olmasını istəyənlər arabir yuxularına haram qatmalıdırlar. Gecə saat 1-dən sonra həzin fleyta səsini dinləmək qaraciyərin fəaliyyətinə müsbət təsir edir.

Öd kisəsini müalicə edən alət qaboydur. Yatmazdan qabaq bir iki saat qaboy musiqisi öd kisəsinin problemlərinin həllinə yardımçı olur.

Tədqiqatlar sübut edir ki, klassik musiqiyə qulaq asmaq sinir sisteminə olduqca müsbət təsir göstərir. Bununla yanaşı klassik musiqi insanın yaradıçı təxəyyülünü formalaşdırır, endorfin hormonunu artırır, stressin qarşısını alır.

Müasir təbabətdə psixi pozğunluqların müalicəsində səs terapeyasından da istifadə edilir. Müxtəlif növ depressiyaları və bəzi nevrozları, həmçinin şizofreniyanı musiqisi ilə müalicə edərək bu xəstəliklərin xoşagəlməz təzahürləri aradan qaldırılır.


İlham Cəmiloğlu
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed