Şrift:
Türkiyədə erməni yazıçı həbsxanadan qaçdı
15.07.2017 [11:02] - Hüquq
Türkiyədə erməni yazıçı həbsxanadan qaçıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Sevan Nişanyan qaçdığını sosial şəbəkədə yazdığı "tvit"lə - "quş uçdu" - elan edib. Artıq o ölkəni tərk edərək xaricə çıxıb. lakin hansı ölkədə olduğu açıqlanmayıb.
Nişanyanın ötən gün səhər 09.45-də icazə ilə çıxdığı həbsxanaya təslim olmalı idi. Lakin onu axşama kimi gözləsələr də erməni yazıçı gəlməyib.

Nişanyanın Şirincə kəndindəki dövlət mühafizəsindəki, qapalı zonaya iki dəfə möhürlənməsinə baxmayaraq özü üçün ev inşa etdirdiyi bildirilir. Ona qarşı bir neçə maddə ilə ittiham irəli sürülmüşdü. Yazıçı dövlət möhürünü pozmaqda, qanunlara zidd hərəkətdə ittiham edilirdi.

Ümumilikdə 9 ayrı cinayətdən 11.5 il dəqiqləşmiş həbs cəzası olan və 3 ildir həbsxanada olan Nişanyan bir müddət öncə Aydın Yenipazar həbsxanasına nəql edilmişdi. O, açıq tipli bu həbsxanada saxlanma şərtlərinin daha yaxşı olacağı barədə açıqlama da vermişdi.

"Çöldə jandarma dayanamayıb, gün ərzində istədiyimiz kimi baxçada gəzə bilirik, xəstəxanaya getməli olduqda irimiqyaslı təhlükəsizlik tədbirləri görülmür. Bundan başqa 3 aydan bir icazə verirlər və gün ərzində istədiyimiz qədər telefonla danışa bilirik".
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed