Şrift:
Mayın 15-də Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
11.05.2012 [17:13] - Gündəm
MDB dövlət başçılarının Moskvada keçiriləcək qeyri-rəsmi sammitində iştirakçı dövlətlərin Azad Ticarət Zonasına qoşulması müzakirə olunacaq
Bu barədə Rusiya Dövlət Dumasının MDB Dövlətləri üzrə İş Komitəsinin sədri Leonid Slutski bildirib.

Onun sözlərinə görə, sammitdə MDB dövlətlərinin “Evrazes” təşkilatına, Azad Ticarət Zonasına qoşulması barədə müzakirələr aparılacaq.
“Mən fəxr edirəm ki, bizim Azərbaycanla çox gözəl münasibətlərimiz var. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Azərbaycan və Rusiya dövlət başçıları arasında Azərbaycanın Azad Ticarət Zonasına qoşulmasına, burada aktiv iştirak etməsinə dair məsələlər müzakirə olunacaq. Azərbaycan hələ də də bu təşkilata qoşulmayıb. Onların bununla bağlı, qoşulmamaq barədə öz subyektiv fikirləri var. Görüşdə bu məsələlər də müzakirə olunacaq”.
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed