12.05.2012 [12:33] - Xəbərlər
Mayın 11-də yüzdən çox gənc İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.Gənclər “İrana ar olsun”, “İslam belə olmur”, “İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir”, “İranda 35 milyon azərbaycanlının hüquqları pozulur” və sair şüarlar səsləndiriblər.Aksiyaçılar əllərində “Şuşanı ermənilərə İran hakimiyyəti satıb”, “Homoseksual İran mollalarına Azərbaycanda yer yoxdur” kimi şüarlar yazılmış, eləcə də Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sərkisyanın birgə şəkli olan plakatlar tutublar.Gənclər Bakı Dövlət Universitetinin tələbələri olduqlarını bildiriblər. Tələbələr deyiblər ki, onlar İranda azərbaycanlıların hüquqlarının pozulmasına, İranın Azərbaycana qarşı təbliğat aparmasına etiraz edirlər.
Bu xəbər oxucular tərəfindən 1330 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |