Şrift:
Qaraqoyunlu Baş vəzirləri və Aud nəvvablığı – GİZLİ TARİX
19.07.2017 [10:59] - Xəbərlər, DAVAMın yazıları
Qaraqoyunlu İmperatorluğu yıxıldıqdan sonra Qaraqoyunluların əksər bölümü Ağqoyunlulara boyun əyməyərək Xorasana köç etmişdi.Şərqi Anadolunun Qaraqoyunlulardan boşaldılması ilə onların yerinə kürd tayfaları Şərqi Anadoluda yerləşməyə başladı.Qaraqoyunluların əksəriyyəti Xorasan ərazisindən Hindistana köç etmiş, Hindistanda Bəhməni xanədanının torpaqlarında yerləşmişdi.Qaraqoyunlu tayfalarının əsas vurucu və idarəedici gücü Baharlı tayfası idi.
Qolkonda Sultanlığının yaradıcısı Sultanqulu Bəy Baharlı əslində 1512-ci ildən istiqlaliyyətini elan etmişdi.Bəhməni (Tacik) sultanı II Mahmudun ölümündən sonra 1518-ci ildə rəsmən vassal dövlət statusuna son qoyaraq Qolkonda Qütbşahlılar Sultanlığını elan etdi.Hindistandakı Boyük Moğol İmperatorluğunun böyük əmirlərindən, bu imperatorluğun qurucularından olan Bayram xan və onun oğlu Əbdürrəhim xan Baharlı tayfasındandı.Bu iki məşhur Böyük Moğol İmperatorluğu ordu komandanı Azərbaycan türkü idi.Hindistanda dövlət və ordu quruculuğunda Azərbaycan türklərinin xidmətləri böyükdür.
Azərbaycan türklərinin Qaraqoyunlu tayfaları və Baharlı sülaləsi Qaraqoyunlu İmperiyasını,Qütbşahlıların Qolkonda Sultanlığını, Aud nəvvablığını yaratmışdır. 1722-ci ildə Böyük Moğollar İmperiyasının imperatoru Sultan Məhəmməd Şah(Nəsrəddin Məhəmməd şah : 27 sentyabr 1719 – 26 aprel 1748) Hindistan ərazisində yaşayan Qaraqoyunluların gücündən istifadə etməyi qərara aldı.Səadətəli xanı Audun valisi təyin etdi.Aud Hindistanın şimalında əyalət idi.I Səadətəli xan Audun müstəqilliyini elan edib,Aud nəvvablığı yaratdı.Bu nəvvablıq XVIII-XIX əsrlərdə vassal dövləti kimi mövcud oldu.Aud tarixi əyaləti Hindistanın şimalında yerləşən müasir Uttar Pradeş ştatında yerləşirdi.Ştatın ərazisi 240 min 928 kv km2 –dir.Səadətəli xan əvvəlcə “nazim” ünvanı daşıyırdı.Sonra o, “nəvvab” titulunu qəbul etdi.Paytaxtı Feyabada köçürdü. Aud nəvvabları Qaraqoyunluların Azərbaycan türklərinin Qolkonda Sultanlığı və Qütbşahlılar sülaləsindən sonra Hindistanda davam edən növbəti dövlət qurmaqları idi. Aud nəvvablığı 1722-ci ildə qurulmuş 1893-cü ilə qədər mövcudluğunu sürdürmüşdü.
I Nəvvab Səadətəli xanın (Mir Məhəmmədəmin Musəvi) hakimiyyət dövrü 1722-1739-cu illərdir.Mirzə Cəfər xan isə Audun nəvvabının qızı ilə evlənmişdi, bu evlilikdən iki oğlu vardı:Məhəmməd Möhsün xan və Mirzə Məhəmməd Müqim Səfdər Cəng.Mirzə Məhəmməd Müqim daha sonra ilk Aud nəvvabı Bürhanülmülk Səadətəli xanı 1739- cu ildə devirəcəkdi.Yerinə gələcək bacısı oğlu eyni zamanda kürəkəni Mirzə Məhəmməd xan Səfdər Cəng idi.Mirzə Məhəmməd xan Səfdər Cəng 1739-cu ildə I Səadətəli xanı devirib yerinə keçmişdi.Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər Cəng (tam şəxsi adı Məhəmməd Müqim ibn Cəfər ibn Məhəmmədqulu ibn Mansur ibn Həsənəli ibn Pirbudaq ibn Cahanşah)II Aud nəvvabı idi. Onun hakimiyyət illəri (19mart,1739 – 5oktyabr,1754-cü illərdir).
Mirzə Məhəmməd xan Səfdər Cəng özünü Baranlı(Baharlı) sülaləsinin davamçıları adlandırırdı.Aud nəvvabları özünü Cahan şahın əmisi Pirbudaq xanın nəslinin davamçıları hesab edirdilər.Bu sülalə Cahan şahın əmisi Pirbudaq xandan başlayırdı.1410-cu ildə Qaraqoyunlular Cəlairiləri məğlub edib hakimiyyətə gəlmişdilər.Qara Yusif şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməzdi.Ancaq Qara Yusif əvvəlcədən oğlu Pirbudağı Əhməd Cəlayirə oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir,ali hakimiyyət isə ona atasından qalır. Mirzə Məhəmməd xan Səfdər Cəng bu sülalənin üzvü olması ilə fəxr edirdi.Mirzə Məhəmməd Səfdər Cəng 1708-ci ildə Nişapur şəhərində doğulmuşdu.1722-ci ildə Hindistana köçmüşdür.Mirzə Məhəmməd xan Səfdər Cəng 1754-cü ildə vəfat etdi.Səfdər Cəng türbəsində,Yeni Dehlidə dəfn olundu.Mirzə Məhəmməd xan Səfdər Cəng Sultan Məhəmməd şahın baş vəziri olmuşdu.Sultan Məhəmməd şah Hindistanı 28 il,212 gün idarə etmişdi.
Hindistanda Böyük Moğol İmperiyasında baş vəzir(Baş nazir) Azərbaycan türkü idi.Cəlaləddin Mirzə Heydər xan Baranlı Hindistanın baş vəziri, III Aud nəvvabı idi.19 yanvar 1732-ci ildə Dehli şəhərində doğulmuşdur.Atası Mirzə Məhəmməd xan Səfdər Cəng idi.Cəlaləddin Mirzə Heydər xan Böyük Moğollar imperiyasının baş vəziri olmuşdu. “Şücaüddövlə” ləqəbini daşıyırdı.Cəlaləddin Mirzə Heydər xan Baranlı Sədrünnisa Nəvvab Aliyə Sədricahan Bəyim Səadətəli xan qızı ilə ailə qurmuşdu.Yəhyaəli xan,Səadətəli xan, Əli xan adlı oğulları vardı.Cəlaləddin Mirzə Heydər xan III Aud nəvvabı idi.5oktyabr 1754- cü ildən -26 yanvar 1775-ci ilə qədər Aud dövlətini idarə etmişdi.Cəlaləddin Mirzə Heydər xan 1774-cü ildə Benqaliyada olan ingilislərə qarşı mübarizəyə başlamışdı.26 yanvar 1775-ci ildə 43 yaşında vəfat etmişdi.
Mirzə Yəhyaəli xan Amani (Mirzə Yəhyaəli xan ibn Cəlaləddin Mirzə Heydər xan Baranlı) IV Aud nəvvabı oldu.Mirzə Yəhyaəli xan Amaninin hakimiyyət illəri 26 yanvar, 1775 – 21 sentyabr, 1797-ci illərdir.Mirzə Yəhyaəli xan23 sentyabr,1748-ci ildə Feyzabad şəhərində anadan olmuşdu.Mirzə Yəhyaəli xan 21 sentyabr 1797-ci ildə vəfat edib.Mirzə Yəhyaəli xanın Vəzirəli xan adlı oğlu vardı.V Aud nəvvabı Mirzə Vəzirəli xan oldu.Vəzirəli xan ibn Yəhyaəli Mirzə xan Baranlı (19aprel,1780-15may,1817) illərdə yaşamışdır.Onun hakimiyyət illəri 21 sentyabr ,1797-12 -mart,1798-ci illərdir.VI Aud nəvvabı Cəlaləddin Mirzə Heydər xanın ikinci oğlu II Səadətəli xan oldu.Mirzə Vəzirəli xanı devirib yerinə keçmişdi.II Səadətəli xan Yamin əd-Daula adı ilə tanınırdı.VI Aud padşahı II Səadətəli xan21yanvar,1798-ci ildən-11iyul,1814-cü ilə kimi padşahlıq etmişdi.II Səadətəli xan 1752-ci ildə Dehli şəhərində doğulmuşdu.11iyul 1814-cü ildə vəfat etmiş Qeysərbağ türbəsində dəfn edilmişdi. Beləliklə, digər Aud nəvvablarını da xatırlayaq:
VII Aud nəvvabı Əbülmüzəffər Qazüddin Heydər xan (1814-1827).
VIII Aud nəvvabı Əbulmənsur Qütbəddin Süleymanşah (1827-1837).
IX Aud nəvvabı Moinüddin Məhəmmədəli şah (1837-1842).
X Aud nəvvabı Əmcədəli Şah (1842-1847).
XI Aud nəvvabı Vəcidəli şah (1847-1856).
XII Aud nəvvabı Məhəmmədi xanım (Həzrəti Mahal Bəyim) (1856-1858).
XIII AudnəvvabıRamazanƏli (Bircins Qədir) (1858-1893).
Son hökmdar Bircins Qədir xan olmuşdur.Bircins Qədir xanın nəvəsi Əncum Qədirin(1921-1997) ölümündən bəri əsas xəttin davamçıları oğulları Yusif Əli Mirzə və Bürhan Əli Mirzə sayılır.Böyük Moğol İmperiyası (Gürkanyan)1526-1857-ci illərdə mövcud olmuşdu.Aud nəvvablığı ingilis işğalı dövründə mövcudluğunu 1893-cü ilə qədər saxlaya bilmişdi. İngilis işğalçıları tərəfindən Aud nəvvablığının bir dövlət kimi mövcudluğuna son qoyulmuşdu.Aud nəvvablığı 1722-ci ildə qurulmuş 1893-cü ildə bir dövlət kimi mövcudluğunu itirmişdi.Hindistanda “Aud Şahlıq Ailəsi”(ingiliscə The Royal Family of Awadh (RFA) kimi bir sıra Qaraqoyunlu sülaləsi üzvlərini birləşdirən təşkilatlar var. Aud dövlətinin qurucusu I Səadətəli xan idi. I Səadətəli xan Audun müstəqilliyini elan edib, Aud nəvvablığı yaratmışdı.Bu dövlət Qolkonda Sultanlığından sonra Azərbaycan türklərinin Hindistanda yaratdığı ikinci dövlət idi.Hindistanda yaranan Qolkonda Sultanlığı və Aud nəvvablığında Ələvi məzhəbi rəsmi dövlət təriqəti idi.Diqqət çəkən faktlardan biri odur ki,XII Aud nəvvabı qadın idi.Məhəmmədi xanım (Həzrəti Mahal Bəyim)1856-1858-ci illərdə hökmdar olmuşdu.XIII Aud nəvvabı olmuşdur.Bu xanədanın üzvləri idarə etdikləri yerlərdə islamı qüvvətləndirmişdilər.Azərbaycan türkləri Hindistanda oynadığı böyük tarixi rolla bərabər Hindistanda ordu və dövlət quruculuğunda parlaq xatirələr qoymuşdular.İngilislərin apardığı assimilyasiya siyasəti nəticəsində Hindistanda yaşayan Azərbaycan türklərinin böyük hissəsi ingilisdilli hindliyə çevrilmişdi.Aud nəvvablığı qurulandan süqutuna qədər paytaxtı Feyzabad şəhəri olmuşdur.Feyzabad şəhəri Laknaudan 128 km şərqdə,Allahabaddan 165 km şimalda,Varanasidən 200 km şimal-qərbdə,Qxaqxa çayının sahilində yerləşir.Dəniz səvviyəsindən 96 metr yüksəklikdə yerləşir.Aud nəvvablığının qırmızı rəngli üzərində sarı rəngli balıq və Tac olan rəsmi dövlət bayrağı da mövcud idi.
Elşən Mirişli/Turkustan.info
tarixçi, Gəncə şəhəri
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed