12.05.2012 [14:37] - Gündəm, Bildiriş
Görüşdə Azərbaycan və NATO arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Azərbaycanın həyata keçirdiyi işlərin Alyans tərəfindən qiymətləndirilməsi sənədi (cari ilin aprel ayında qiymətləndirmə prosesi keçirilib) üzrə müzakirələr aparılacaq. Azərbaycan tərəfi təqdimatla çıxış edəcək.
Azərbaycanın müxtəlif qurumlarının nümayəndələrinin daxil olduğu heyətə Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov rəhbərlik edəcək.
Qeyd edək ki, Azərbaycan PAP çərçivəsində 44 Tərəfdaşlıq Məqsədi qəbul edib ki, onlardan 31-i (ümumi 18, Quru Qoşunları-7, Hərbi Dəniz Qüvvələri-2 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir. PAP sənədinə əsasən NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak üçün Azərbaycan Silahlı Qüvvələrində sülhməramlı bölük, axtarış-xilasetmə üzrə taqım, tibb taqımı, mühəndis-istehkam taqımı və helikopter qrupu yaradılıb.

Bu xəbər oxucular tərəfindən 1361 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |