Şrift:
Sumqayıtda daha bir kütləvi zəhərlənmə...
20.07.2017 [10:32] - Hadisə, Sağlıq
Sumqayıtda kütləvi zəhərlənmə baş verib.
Bu barədə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının müalicə işləri üzrə müavini Mirnazir Muxtarov məlumat verib.
Hadisə ötən gecə şəhərin Səməd Vurğun küçəsinin dənizkənarı istiqamətində zavodlar yerləşən ərazidə baş verib. Belə ki, axşam 23:40 radələrindən, 03:45-ə qədər 12 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edib.
Zəhərlənənlərdən 11 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Mətanət Hacı qızı Abdullayevanın vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib və sonradan o da evə buraxılıb.
Məlumata görə, həmin şəxslər Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində olan müəssisələrdən birinin qarşısından keçərkən qazdan zəhərləniblər.

Mirmahmud KAZIMOĞLU
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed