Şrift:
Əlcəzairli idmançı Azərbaycanda keçirilən beynəlxalq veloturda liderliyini qoruyub
12.05.2012 [15:51] - Gündəm, İdman
Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq veloturun Qəbələdə başa çatan dördüncü mərhələsinin yekunları üzrə Rusiyanın "Katyuşa" komandasının 21 yaşlı üzvü Gennadi Tatarinov qalib gəlib.
Veloturda ikinci yeri Donetsk bölgəsi komandasının idmançısı Maksim Vasilyev, üçüncü yeri isə Qazaxıstan təmsilçisi Maydos Tiriqen tutub.
Ümumi hesabın yekunları üzrə və beynəlxalq veloturun qalibi adını Əlcəzair idmançısı Yusif Reqiqi qazanıb.
Dördüncü mərhələnin yekunları üzrə ən yaxşı Azərbaycan velosipedçisi "Specialized concep team" komandasının 20 yaşlı üzvü Tural İsgəndərov olub.
Dördüncü mərhələ çərçivəsində velosipedçilər İsmayıllı-Qəbələ istiqamətində ümumilikdə təqribən 114 kilometr qət ediblər.
Bu xəbər oxucular tərəfindən 1234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed