21.07.2017 [11:03] - Xəbərlər, DAVAMın yazıları
Səməd Vurğunun ölümündən 60 ildən çox vaxt keçib. Amma o şair kimi bu gün də çoxlarından diri, bir şəxsiyyət kimi isə indi də çoxlarından “aktivdir”. Mütəmadi olaraq, Azərbaycanın ilk xalq şairinin həyatının müəyyən dövrü ilə bağlı müzakirələr media və sosial şəbəkələrin “ixtiyarına verilir”. İşinin bilicisi olub faktlara söykənənlərlə yanaşı, hislərdən çıxış edərək diletantlıq cəhdlərində bulunan şəxslər də müzakirədən geri qalmır. Amma bir fakta diqqət edək: Səməd Vurğunun yaradıcılığı, şeiriyyatı heç zaman bir o qədər də müzakirə edilməyib. Onu tənqid edənlər də şairin şeiriyyatının gücünü danmayıblar.
Lakin qısa müddətə Azərbaycanın Rusiyadakı səfiri işləmiş Hikmət Hacızadə müsahibəsində Səməd Vurğunun poetik dünyasına da ağır zərbə vuran ifadələr səsləndirib:
“Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilərəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb. Hüseyn Cavid, Müşfiq...”.
Burada diqqəti bir məsələnin üzərində cəmləşdirək: Hikmət Hacızadənin misal gətirdiyi misralar əslində, heç Səməd Vurğuna da məxsus deyil. Uzun müddət bu misraların başqa bir Xalq şairinə - Xəlil Rza Ulutürkə məxsus olduğu müzakirə edilirdi.
Filologiya elmlər doktoru Buludxan Xəlilov bu müzakirələrə son qoyan bir araşdırma apardı. Nəticədə “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir” misralarının həqiqətən də Səməd Vurğuna deyil, Xəlil Rzaya aid olduğunu üzə çıxardı. Alim sonradan mətbuata açıqlamasında bu barədə geniş məlumat verdi:
“Bu misralar Xəlil Rza Ulutürkə məxsusdur. Problem ona görə yaranır ki, “26-lar” poemasını ilk dəfə 1935-ci ildə Səməd Vurğun yazıb. Xəlil Rza Ulutürk isə bu poemanı ondan 19 il sonra, yəni 1954-cü ildə qələmə alıb. Ona görə də, “26-lar” poeması deyiləndə Səməd Vurğun yada düşür. İkinci bir məqam ondan ibarətdir ki, Səməd Vurğunun yaradıcılığı bütövlükdə Sovet ədəbiyyatı ilə bağlıdır. Yəni, o dövrün ictimai-siyasi hadisələri, konkret desək, 26-larla bağlı mövzu əsasən Səməd Vurğuna aid edilir. Üçüncü bir tərəfdən, Azərbaycan ədəbiyyatına “Ağcaqum çölü”, “Piter fəhləsi ” ifadələrini ilk dəfə gətirən məhz Səməd Vurğun olub. Ona görə də, bu misralar səslənən kimi elə hesab edirlər ki, bu, Səməd Vurğuna məxsusdur. Dördüncü bir məsələ Xəlil Rza Ulutürkün bizim yaddaşımızda bir istiqlal şairi, azadlıq carcısı kimi qalmasıyla bağlıdır. Ona görə də çoxumuz hesab edirik ki, 26-ların, ümumiyyətlə, sovet dönəminin təsiri ilə formalaşan mövzuların Xəlil Rza yaradıcılığı ilə bağlılığı ola bilməz. Mən bu məsələni konkret olaraq araşdırdım. Deməli, Xəlil Rza 1954-cü ildə “26-lar” poemasını yazıb. O zamanlar Xəlil Rza “Xəlil Xəlilov” imzası ilə yazırdı. 1957-ci ildə onun bu imzası ilə “Bahar gəlir” kitabı nəşr olunub. Bu kitaba onun seçilmiş poemaları, eləcə də 1954-cü ildə yazdığı barəsində söhbət gedən “26-lar” poeması daxil edilib. Amma bizim kitabxanların demək olar ki, heç birində Xəlil Rzanın həmin dönəmdə yazmış olduğu kitab və əsərləri qalmayıb.
Firəngiz xanım çox sağ olsun ki, bu kitabı mənə çatdırdı. “Bahar gəlir” kitabında gördüm ki, Xəlil Rza həqiqətən “Xəlil Xəlilov” imzası ilə 50-ci illərdə xeyli sayda Sovet dövrünü tərənnüm edən poemalar yazıb. Eyni zamanda, Xəlil Rzanın “26-lar” poeması ilə, Səməd Vurğunun “26-lar” poemasını müqayisə etdim. Belə bir nəticəyə gəldim ki, onlar bir-birindən tamam fərqli poemalardır. Hər ikisi “26-lar”ı tərənnüm etsə də, misraları tamamən bir-birindən fərqlidir. Amma hər iki poema sənətkarlıq baxımından gözəl bədii nümunələrdir”.
Modern.az saytı məsələni daha da dəqiqləşdirmək üçün, Xəlil Rza irsinin mükəmməm bilicisi və qorucusu, şairin həyat yoldaşı Firəngiz Ulutürkə müraciət edib. Firəngiz xanım açıqlamasında həqiqətən də, həmin məşhur misraların Səməd Vurğun yox, həyat yoldaşı Xəlil Rza Ulutürk tərəfindən yazıldığını deyib:
“Əlbəttə ki, bu misralar Xəlil Rzanındı. Xəlil, səhv etmirəmsə, 1953-cü ildə “26-lar” adlı poema yazıb. Bu misralar da həmin poemanın içində idi: “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Səməd Vurğunun deyil. Kim bu misraların, eləcə də “26-lar” poemasının Xəlilə aidliyini deyirsə, düz deyir”.
Elmin Nuri

Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |