Şrift:
İsrail müsəlmanların Qüdsün tarixi mərkəzinə girişinə yaş məhdudiyyəti qoyub
22.07.2017 [10:57] - Gündəm, İslam dini
Qüdsdə kütləvi etiraz aksiyalarından ehtiyatlanan İsrail polisi müsəlmanların cümə namazı qılmaq üçün şəhərin tarixi mərkəzinə girişinə yaş məhdudiyyəti qoyub. Müsəlmanlar bu yaxınlarda Al-Aksa məscidinin qapılarında metalaxtaran detektorların qurulmasına etiraz edirlər.

Anadolu informasiya agentliyi xəbər verir ki, etirazlara baxmayaraq, Al-Aksanın qapılarından detektorların götürülməməsini qərara alan İsrail hökuməti yaşı 50-dən aşağı olan müsəlmanların məscidin girişinə yasaq qoyub. İslam dünyasının Al-Aksa və Qubbat as-Sahra məscidlərinin yerləşdiyi üçüncü müqəddəs məkanında yeni təhlükəsizlik tədbirləri cümə günü ərəb-müsəlman icmasının həyəcanlarının kulminasiyasını vəd edir.

Qüdsdə cümə axşamı günü küçə namazlarında polislə qarşıdurma yaranıb və nəticədə hüquq-mühafizə orqanlarının 5 əməkdaşı, etirazçılardan isə 40 nəfərədək insan xəsarət alıb.

Hazırda şəhərdə gərginlik hökm sürür. Küçə və meydanlarda minlərcə polis keşik çəkir, səmada helikopterlər uçur. Bir çox yerlərdə barrikadalar qurulub. Ətraf yerlərdən müsəlmanları daşıyan avtobuslar Qüdsə buraxılmır. Şəhərdəki bütün məscidləri bağlayaraq Al-Aksaya gəlməyə qərar verən qüdslülər izdihamlı nümayişə hazırlaşırlar.
Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed