Şrift:
İran rejimin sifarişilə mayın 18-də Təbrizdə Azərbaycan Respublikası əleyhinə aksiyasıa keçiriləcək
14.05.2012 [11:09] - Güney Azərbaycan xəbərləri
Belə bir aksiya keçirmək planının olduğu İranın dini lideri ayətullah Əli Xamneyinin Təbrizdəki nümayəndəsi, Təbriz cümə namazının rəhbəri ayətullah Möhsün Müctəhid Şəbüstərinin çıxışı zamanı aydınlaşıb.

Məlumata görə, mayın 11-də Təbrizin cümə namazında çıxış edən Müctəhid Şəbüstəri deyib: “Dünya zülmkarları gündən-günə zəiflədiyi bir halda çox təəccüblüdür ki, bəzi müsəlman ölkələri, o cümlədən Azərbaycan Respublikası və Əfqanıstan özlərini dünya zülmkarlarının tələsinə salır, islama zidd fəaliyyət göstərir, onlarla təslimçi müqavilələr bağlayaraq islam dünyasının nifrətini qazanırlar.

Təbriz əhalisi gələn həftə cümə namazını qıldıqdan sonra misli görünməmiş yürüşlər keçirərək Azərbaycan Respublikasının bu kimi islama zidd əməllərini kəskin pisləyəcək”.
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed