Şrift:
İranda nüvə silahı laboratoriyasının yeni şəkli yayımlanıb
14.05.2012 [11:14] - Güney Azərbaycan xəbərləri
İranda nüvə silahlarının sınaqları üçün nəzərdə tutulan irihəcmli laboratoriya otaqlarının varlığı ilə bağlı yeni şəkil yayımlanıb. Şəklin Parçin Hərbi kompleksində çəkildiyi iddia edilir. Məlumata görə, şəkli yayımlayan şəxs İranda nüvə proqramını izləyən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmilərindən biridir.

O, şəxsi təhlükəsizliyi məqsədilə kimliyini gizli saxlayıb. İranın nüvə proqramı üzrə keçmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi Olli Heynonen də şəklin təzyiq otaqlarından birini əks etdirdiyini təsdiqləyib. O, ötən ilin Noyabr ayında əldə edilən oxşar şəkillərin də eyni mənzərəni əks etdirməsi ilə bağlı əsaslar gətirib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İranın bu otaqlarda sınaqlar keçirdiyini iddia etsə də, İran rəsmiləri bu cür iddiaları birmənalı şəkildə təkzib edir.

Bu gün isə Avstriyanın paytaxtı Vianada Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran rəsmiləri arasında yeni 2 günlük dialoqlar başlayacaq. May ayının 23-ündə isə İraqın paytaxtı Bağdadda 5+1 formatında İranla növbəti görüşlər planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed