14.05.2012 [12:24] - Güney Azərbaycan xəbərləri
İran parlamentinin deputatı Əhməd Lütfi Aştiyaninin karikaturasını çəkən əraklı karikaturaçı Mahmud Şükrayəyə 25 şallaq zərbəsi vurublar.
Mahmud Şükrayə həmyerlisinin karikaturasını çəkib Ərakın “Namei Əmir” qəzetində dərc etdikdən sonra onun şikayəti əsasında məsuliyyətə cəlb edilib. Ərak məhkəməsi karikaturaçını Əhməd Lütfi Aştiyanini təhqirdə günahlandıraraq 25 şallaq zərbəsinə məhkum edib. Hökm dərhal yerinə yetirilib.
Hadisəni işıqlandıran bəzi hökumət saytları həmin karikaturanı dərc edərək onda deputatı təhqir edən hər hansı bir nişanəyə rast gəlmədiklərini vurğulayır, şikayətçi deputatı tənqid atəşinə tuturlar. Yazılarda deyilir ki, ölkədə ruhanilərdən başqa digər rəsmilərin karikaturasını çəkmək azaddır və hansısa bir karikaturaçı ilə belə rəftar olunması dünyada ölkənin imicinə xələl gətirir.

Bu xəbər oxucular tərəfindən 1269 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |