Şrift:
Yazıçı, publisist Rafiq Tağının adı Vaşinqtondakı Xəbərlər və Jurnalistika Muzeyində xüsusi lövhəyə salınacaq
14.05.2012 [12:29] - Gündəm
Yazıçı, publisist Rafiq Tağının adı Vaşinqtondakı Xəbərlər və Jurnalistika Muzeyində xüsusi lövhəyə salınacaq.Muzeydə 2011-ci ildə öldürülmüş 70 jurnalistin adı əks olunan xüsusi lövhə yaradılıb. Mayın 14-də bu münasibətlə xüsusi mərasim keçiriləcək.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.
Bu xəbər oxucular tərəfindən 959 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed